Ermənistan beynəlxalq hüququ pozur - Abdullayeva
Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Leyla Abdullayeva Ermənistanla sərhəddə davam edən gərginliyə münasibət bildirib.
Tv 713. az xəbər verir ki, o, bu barədə Tvitter səhifəsində yazıb.
O bildirib ki, Ermənistan tərəfi beynəlxalq hüquqa əməl etmir:
“Bu, həm də üçtərəfli bəyanatların şərtlərinin pozulmasıdır. Həmçinin təxribatlar davam edən normallaşma proesinə ziddir. Provokasiyalar Azərbaycanın yenidənqurma işlərinə mane olur”, - XİN sözçüsü bildirib.