Kraliçanın dəfnində 1 milyon insan iştirak edəcək
Londonda Kraliça II Yelizavetanın dəfn mərasimində təxminən 1 milyon insan iştirak edəcək.
Tv 713 .az xəbər verir ki, bu barədə “Qardian” məlumat yayıb.
"Böyük Britaniyada televiziya şəbəkələri, 100-dən çox kinoteatr və monitorlar II Yelizavetanın dəfn mərasimini yayımlayacaq. Dəfn günü təxminən 250 əlavə qatar, o cümlədən bir neçə gecə qatarı hərəkət edəcək",- məlumatda deyilir.