Rusiyada ikinci səfərbərlik "dalğası" başladı
Rusiyanın iki regionunda ikinci səfərbərlik "dalğası" başlayıb.
Tv 713. az xəbər verir ki, Rostov vilayətinin qubernatoru Vasili Qolubev yeni səfərbərlik tapşırığı aldıqlarını bildirib.
"Bələdiyyələrin çağırış komissiyaları artıq onun həyata keçirilməsinə başlayıb. Bütün prosedurlara əməl olunmasına digər məsələlərlə yanaşı, komissiyaların tərkibinə daxil olan hərbi və regional prokurorluqların nümayəndələri də nəzarət edəcəklər", - qubernator deyib.
Kursk vilayətinin birinci vitse-qubernatoru Aleksey Smirnov da oktyabrın 10-da qeyd edib ki, region səfərbərliyin birinci mərhələsini başa çatdırıb:
"Biz birinci tapşırığı 100% yerinə yetirmişik, indi ikinci tapşırığı almışıq. Və hərbi komissarlarla birlikdə bu tapşırığın yerinə yetirilməsi üzərində işləyirik".