Mənzil alıb-satanlara şad xəbər - Video

İqtisadiyyat 15-okt, 13:469 tv713 31 0
Mənzil alıb-satanlara şad xəbər - Video



“Mobil notariat” tətbiqinin imkanları genişləndirilib. Artıq daşınmaz əmlaka sərəncam vermək, o cümlədən əmlakı almaq, satmaq, bağışlamaq, dəyişmək və ipotekaya qoymaq işlərini notariat ofislərinə getmədən həll etmək mümkün olacaq.

Tv 713 .az xəbər verir ki, məsələ ilə bağlı Xəzər TV süjet hazırlayıb.

Xaricdə yaşayan soydaşlarımızın notariat xidmətlərindən istifadə etmək üçün ölkəyə gəlmələrinə də ehtiyac qalmayacaq.

Artıq daşınmaz əmlaka sərəncam verilməsinə dair etibarnaməni “Mobil notariat” tətbiqi vasitəsilə rəsmiləşdirmək mümkündür.

Tətbiqdəki yenilik vətəndaşlara olduğu yeri tərk etmədən, həftənin bütün günləri 24 saat ərzində notariat xidmətlərdən yararlanma imkanı yaradacaq. Bununla yanaşı xaricdə yaşayan soydaşlarımızın notariat xidmətlərindən istifadə etmək üçün ölkəyə gəlmələrinə ehtiyac qalmayacaq.

Həmçinin, “Mobil notariat” vasitəsilə vətəndaşlar nəqliyyat vasitələrinə dair etibarnamələri, vəkilə verilən etibarnamələri, sosial etibarnamələri, banklarda təmsilçilik ilə bağlı etibarnamələri, eləcə də yetkinlik yaşına çatmamış şəxslərin ölkə ərazisini tərk etməsi üçün valideynləri tərəfindən yazılan razılıq və etibarnamələrə xitam verilməsinə dair ərizələri elektron qaydada əldə edə bilərlər.


Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr
Yazarlar