Azərbaycanın Bütövlük Platforması elan olundu
15.10.2022- ci il tarixində Azərbaycanın Bütövlük Platformasının təsis toplantısı keçirilib.
Tv 713. az xəbər verir Ki, toplantını giriş sözü ilə açan təşəbbüs qrupunun sədri Bəhram İsmayılov təşkilatın məram və məqsədlərindən danışaraq bildirib ki, Azərbaycan Respublikasının güclənməsi, Güney Azərbaycanda aparılan istiqlal mücadiləsinə dəstək, Türk Dövlətlərinin inteqrasiyasının sürətlənməsi üçün insanlarımızın ideoloji mübarizəsini, təşkilatlanmasının vacibliyini əsas hesab edərək biz Azərbaycanın Bütövlük Platformasını təsis etmək qərarına gəldik.
Toplantıda Azərbaycan Xalq Partiyası sədri Pənah Hüseyn, şair Rüstəm Behrudi, Ümid Partiyasının sədr müavini Taleh Əliyev, VHP Ali Məclisinin sədri Felmar Ələkbərli, BAXCP sədr müavini Əli Həziquliyev, hərəkatçı Elçin Paşayev və başqaları çıxış edərək ABP-nin yaranma zərurəti, fəaliyyəti və ideyası haqqında danışıblar. Çıxışlarda bildirilib ki, Azərbaycanın Bütövlük Platforması Azərbaycanın bütövlüyü uğrunda mübarizə aparan şəxsləri və ictimai qurumları birləşdirən ideoloji hərəkatdır.
ABP – nin məqsədi Azərbaycan xalqının öz tarixi torpaqlarında bütöv, milli, hüquqi, demokratik və dünyəvi dövlətinin qurulmasıdır.