İSTİQLALÇI DEPUTATLAR
1991-ci il oktyabrın 18-də Azərbaycanın müstəqilliyi ilə bağlı Konstitusiya aktına qol çəkmiş insanlar deyil, ondan 7 ay əvvəl 7 mart 1991-ci ildə SSRİ-nin saxlanması ilə bağlı referendum keçirilərkən buna qarşı çıxan, yəni faktiki olaraq SSRİ-nin dağılması və Azərbaycanəın müstəqil olmasına səs verən insanlar nəzərdə tutulur. Həmin vaxt Ali Sovetdə keçirilən səsvermədə 350 nəfər deputatdan iştirak etməyənlər çıxılmaqla yerdə qalanlar (43 deputat əleyhinə olmaqla) SSRİ-nin saxlanılmasına səs veriblər.
Rəsmi məlumata görə, həmin iclasda iştirak edən deputatların 254 nəfəri SSRİ-nin saxlanmasının lehinə, 43 deputat isə əleyhinə səs verib. 6 nəfər bitərəf qalıb, 47 deputat isə iclasda iştirak etməyib.
Tv 713. az istiqlalçı deputatların adlarını təqdim edir.
1. Sabir Rüstəmxanlı
2. Firudin Cəlilov
3. Hacıbaba Əzimov
4. Cümşüd Nuriyev
5. Etibar Məmmədov
6. Rəhim Qazıyev
7. Mətləb Mütəllimov
8. Mirmahmud Mirəlioğlu
9. Arif Hacılı
10. İsa Qəmbər
11. İxtiyar Şirinov
12. Füzuli Axundov
13. Hicran Kərimli
14. Maşallah Abdullayev
15. Sülhəddin Əkbər
16. Nəriman Həsənzadə
17. Ramiz Fətəliyev
18. Tahir Əliyev
19. Tahir Kərimli
20. Tamerlan Qarayev
21. Tofiq Qasımov
22. Vahid Əhmədov
23. Vaqif Novruzov
24. Fərəc Quliyev
25. İsgəndər Həmidov
26. Heydər Əliyev
27. İbrahim İbrahimli
28. Məryəm Həsənova
29. Allahverdi Həsənov
30. Aydın Məmmədov
31. Bayram Bayramov
32. Dilarə Əliyeva
33. Eldar Bağırov
34. Ədalət Rəhimov
35. Əyyam Musayev
36. Faiq Baxşəliyev
37. İsmayıl Şıxlı
38. Məmməd Xələfov
39. Mürşüd Məmmədli
40. Tofiq Bağırov
41. Şadman Hüseynov
42. Şahmərdan Cəfərov
43. Yusif Səmədoğlu.
Qeyd edək ki, sonradan 18 oktyabr 1991-ci ildə Azərbaycan Ali Sovetində keçirilən səsvermədə iştirakçıların demək olar ki, hamısı Azərbaycanın SSRİ-nin tərkibindən çıxaraq müstəqil olmasına səs verib.