Azərbaycanın İSTİQLALI, yoxsa SSRİ-nin saxlanılması?

Manset / Yazarlar 18-okt, 07:039 tv713 123 0

Azərbaycanın İSTİQLALI, yoxsa SSRİ-nin saxlanılması?

İGİD TEYMURLU



İSTİQLALIN QUTLU OLSUN, AZƏRBAYCAN!

Bütövlükdə millətimizi və ilk növbədə İSTİQLALÇI DEPUTATLARı 18 OKTYABR - Müstəqilliyimizin Bərpası Günü münasibətilə təbrik edirəm. Bu Yolda Şəhid olan bütün qardaş və bacılarımızın Ruhları qarşıdında baş əyirəm. İnanıram ki, bayrağımızın qaldırıldığı gün gəldiyi kimi, 44 günlük Savaşımızda 30 ilin həsrətinə son qoyulduğu kimi arzuladığımız bütün xoş müjdəli günlər də gələcək, mütləq gələcək!...

Ən azından hər ilin bu günü adları xatırladılan və Azərbaycan durduqca adları xatırlanacaq 43 NƏFƏR MİLLƏT VƏKİLİ dedikdə 1991-ci il oktyabrın 18-də Azərbaycanın müstəqilliyi ilə bağlı Konstitusiya aktına qol çəkmiş insanlar deyil, ondan 7 ay əvvəl 7 mart 1991-ci ildə SSRİ-nin saxlanması ilə bağlı referendum keçirilərkən buna qarşı çıxan, yəni faktiki olaraq SSRİ-nin dağılması və Azərbaycanın müstəqil olmasına səs verən insanlar nəzərdə tutulur.

Xatırladaq ki, həmin vaxt o dönəmki Ali Sovetdə (indiki Milli Məclis) keçirilən səsvermədə 350 nəfər deputatdan iştirak etməyənləri çıxmaqla yerdə qalan 43 deputat SSRİ-nin saxlanılmasının əleyhinə səs veriblər.

Rəsmi məlumata görə, həmin iclasda iştirak edən deputatların 254 nəfəri SSRİ-nin saxlanmasının lehinə, 43 deputat isə əleyhinə səs verib. 6 nəfər bitərəf qalıb, 47 deputat isə iclasda iştirak etməyib.

AZƏRBAYCANIN İSTİQLALINA SƏS VERƏN deputatların adlarını təqdim edirik.

Aydın Məmmədov, Etibar Məmmədov, Nəriman Həsənzadə, İsa Qəmbər, Sabir Rüstəmxanlı, Firudin Cəlilov, Dilarə Əliyeva, Füzuli Axundov, Əyyam Musayev, İxtiyar Şirinov, Vaqif Novruzov, Vahid Əhmədov, Ramiz Fətəliyev, Cümşüd Nuriyev, Məmməd Xələfov, Tofiq Bağırov, Mürşüd Məmmədli, Şadman Hüseynov, Faiq Baxşəliyev, Mirmahmud Fəttayev, Ədalət Rəhimov, İsgəndər Həmidov, Mətləb Mütəllimov, Tahir Əliyev, Rəhim Qazıyev, Tamerlan Qarayev, Eldar Bağırov, Tofiq Qasımov, Məryəm Həsənova, Arif Hacılı, Tahir Kərimli, İsmayıl Şıxlı, Yusif Səmədoğlu, Maşallah Abdullayev, Hacıbaba Əzimov, Bayram Bayramov, Hicran Kərimli, Heydər Əliyev, İbrahim İbrahimli, Allahverdi Həsənov, Sülhəddin Əkbər, Şahmərdan Cəfərov, Fərəc Quliyev.

Bu şəxslərin bəziləri artıq dünyalarını dəyişib Haqqa qovuşublar.
Allah Haqqa qovuşan istiqlalçı deputatlarımıza rəhmət eləsin!

Həmin vaxt SSRİ-NİN SAXLANILMASINA SƏS VERƏN və faktiki olaraq Azərbaycanın istiqlaliyyətinə qarşı çıxan deputatlardan bəzilərinin adlarını qeyd edirik:

Arif Rəhimzadə,Yaşar Əliyev, Abbas Abbasov, Fikrət Sadıqov, Samur Novruzov, Eldar İbrahimov, Şaitdin Əliyev, Gülnarə Qurbanova, Mixail Zabelin, Soltan Məmmədov, Zeynəb Xanlarova, Madər Musayev, Yaşar Rzayev, Gennadi Timoşenko, Həsən Həsənov, Əli Həsənov...

Bayramın mübarək, Azərbaycan!
Bayramınız qutlu olsun, dəyərli istiqlalçı deputatlarımız. İnanıram ki, bayrağımızın qaldırıldığı gün gəldiyi kimi, 44 günlük Savaşımızda 30 ilin həsrətinə son qoyulduğu kimi arzuladığımız bütün xoş müjdəli günlər də gələcək, mütləq gələcək!...
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr