Ağ Ev İstanbul terrorunu pislədi
ABŞ Türkiyənin İstanbul şəhərində baş verən zorakılıq aktını qətiyyətlə pisləyir.
Tv 713 .az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karin Jan-Pyer Tvitter hesabında yazıb.
Ağ Ev rəsmisi terror aktında yaralananlara şəfa diləyib, yaxınlarını itirənlərə dərin hüznlə başsağlığı verib.
“Biz terrorla mübarizədə NATO müttəfiqimiz Türkiyə ilə çiyin-çiyinəyik”, - o bildirib.
Qeyd edək ki, İstanbulda törədilən terror aktında 81 nəfər yaralanıb, 6 nəfər ölüb. Yaralılardan ikisinin vəziyyəti çox ağırdır.