İsrail bufer zona yaradır
İsrail Livan və Suriyada bufer zonası yaratmaq niyyətindədir.
Tv713.az xəbər verir ki, bu barədə “Hürriyət” nəşri mənbələrə istinadla məlumat yayıb.
“İsrail atəşi Livandan Suriyaya ötürmək üçün hər şeyi edir. Tartus, Həma, Xüms, Hələb, Dəra və hətta paytaxt Dəməşqə zərbələr endirir. O, öz tanklarını Suriya ərazisinə yeridib. İsrail bununla kifayətlənməyəcək. Məlumdur ki, İsrail Litani çayına qədər ərazini nəzarətə götürərək, bufer zonası yaratmaq istəyir. İsrail təkcə Livanda bufer zona yaratmaqla kifayətlənməyəcək. İsrailin də Suriya daxilində bufer zona yaratmaq istədiyi iddia edilir”, - nəşr bildirib.