İrandan izahat tələb olundu
Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (MAQATE) İranı öz obyektlərində əvvəllər aşkar edilmiş nüvə materialının mənşəyini təcili izah etməyə çağırıb.
Tv 713..az xəbər verir ki, bu barədə MAQATE-nin qətnaməsində bildirilib.
Şuranın qərarına əsasən, nüvə materialının yönləndirilməməsinin yoxlanılmasını təmin etmək üçün İrandan gecikmədən qanuni öhdəliklərinə əməl etməsi tələb olunur.
Qeyd olunub ki, İran agentliyə nüvə materialının və ya çirklənmiş avadanlığın hazırkı yeri barədə məlumat verməlidir