Cənubi Azərbaycanla bağlı vahid proqrama ehtiyac var

Manset / Yazarlar 17-dek, 08:429 tv713 110 0


Cənubi Azərbaycanla bağlı vahid proqrama ehtiyac var



Vüqar Dadaşov
Qarabağ qazisi, hüquqşünas





Tehran dövlətinin Şimali Azərbaycana dövlətinə və öz daxilində 40 milyonluq aborigen Azərbaycan xalqına, türk etnosuna qarşı genetik düşmənçiliyinin riyakar maskasını Qafanda konsulluğunu açmaqla açıq müstəviyə keçirdi. Ardınca Tehran dövləti Şimali Azərbaycanla sərhəddə Araz çayı boyunca hərbi təlimlər keçirməklə Araz çayı üzərində pantomlar qurmaqla Şimali Azərbaycana hücum əməliyyatı görüntüsü ilə təhdid etməyə çalışdı hərçənd ki, rəsmi Tehran bu təlimləri ilə növbəti dəfə ordusunun çılızlığını, bacarıqsızlığı və gülün vəziyyətini də göstərmiş oldu. Cavab olaraq Azərbaycan qardaş Türkiyə ilə birlikdə bütün sərhəd boyu genişmiqyası möhtəşəm hərbi təlim, dərs keçirdi. Rəsmi Bakı ilə rəsmi Tehran arasında münasibətlərin son dərəcə korlanması nəhayət ki, Azərbaycanın Tehran dövlətinə (İran) qarşı hərəkətə keçirdi. Tehran dövlətində səngiməyən etirazlar fonunda yerli xalqların istiqlalı o cümlədən Cənubi Azərbaycanın istiqlalı ön plana çıxdı. Ancaq təəsüflər olsun ki, Cənubi Azərbaycanla bağlı Azərbaycanın vahid proqramı, yol xəritəsi işlənilməyib. Buna baxmayaraq Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev cənub soydaşlarımıza dəstəyini və arxa duracağını bir neçə dəfə açıqladı.

Bütün təbəqələri əhatə edən Şimali Azərbaycan cəmiyyətində Cənubi Azərbaycanla bağlı vahid yanaşmanın olmaması bu istiqamətdə sürətli və lazımi irəliləyişin əldə edilməsinə mane olur. İlk növbədə Tehran rejiminin formasının müəyyən edilməsi, Cənubi Azərbaycan əhalisi arasında marifləndirmə, təlim-təbliğatın istiqaməti, müstəqilliyin əldə edilməsi mexanizmi, Cənubun müstəqillik əldə etməsindən sonra Şimali Azərbaycan Respublikasının atacağı adımlar, idealoji, psixaloji və fiziki bütövləşmə mexanizmi və sair bu kimi vacib istiqamətlər üzrə vahid proqramın tez bir zamanda hazırlanması zərurətdir. Tehran dövlətində hakim rejimin müəyyən edilməsi düzgün hədəfin aşkar edilməsi deməkdir. Hədəfin düzgün müəyyən edilməsi və bu hədəfə qarşı uğurlu strategiyanın qurulması və arzuolunan nəticənin əldə etməsi deməkdir.

Bu günə kimi, biz hələ də Tehran dövlətinin hansı rejimlə idarə olunmasında belə eyni fikrə gəlməmişik. Gah bunu "molla reyimi", "fars rejimi", "molla fars rejimi", "teokratik rejim" adlandırırıq. Sözsüz ki, Tehran dövləti fars şövinizminə əsalanan teokratik rejimdir.

“Almaniyada Afolf Hitlerin hakimiyyətə gəlməsindən əvvəl 1929-cu ildə indiki İranda hakim partiya “İrane Novin” faşist svastikası kimi tanıdığımız nişanı öz emblemi qəbul edir. Ali irq ideolo¬giyasına uyğun olaraq 1935-ci ildə Reza şah Pəhləvi xarici dillər¬də, diplomatik və beynəlxalq sənədlərdə, rəsmi sənədlər¬də “Farsiya”, “Fars” dövlət adının “İran” adı ilə əvəz edilməsini tələb edir. “İran” sözünün mənası Avestanın (Zərdüştiliyin müqəddəs kitablar külliyyatı) "Eran-vej" sözündəndir, mənaca "Aryanların ölkəsi", yəni ali irq ölkəsi deməkdir. Bundan sonra “Aryanlar ölkəsi” ideologiyası və anlayışı rəsmi sənədlərdə və dərsliklərdə yerləşdirilir. Reza şah Pəhləvi bu dəyişiklikləri Almaniyadan diplomatik nümayəndə heyətinin məsləhət və tövsiyəsi ilə həyata keçirib. 2-ci dünya müharibəsində də Reza şah Pəhləvinin rəhbərliyi ilə İranın Hitler Almaniyasının müttə¬fiqi olmasının səbəbi də məhz hər birinin faşist ideologiyasını rəhbər tutması idi.” (Mənbə V. Dadaşov “ Bizim tarix”). Göründüyü kimi farslar dindən istifadə edərək fars hegemonluğunu yeritməyə çalışır və sözsüz ki, Tehran dövlətini bir mənalı olaraq fars rejimi adlandırmaq olar. Fars şovinizmi, hökmranlığı milli idealogiya kimi, din pərdəsi ilə gizlədilir.

Farslar Azərbaycan xalqı, türk etnosu üzərində hakimiyyətini saxlamaq üçün ən son həddə belə başqa dövlətlər, liderlər qarşısında alçala bilir. Bir neçə fakt: “01 dekabr 1943-cü il tarixdə İ.V.Stalinin zala daxil oldu¬ğu¬nu görəndə, Məhəmməd Reza Pəhləvi diz çökür, onun əlini öpmək istəyir. Sovet lideri İ.V.Stalin buna müsaidə etmir.
1946-cı ilin yanvarında İranın baş naziri seçilən Qəvvam Əs-Səltənə Azərbaycan Milli Höküməti ilə bağlı məsələni həll etmək üçün Moskvaya İosif Stalinlə rəsmi görüşə gəlir. İran baş naziri Qəvvam Əs-Səltənə Stalinin qəbul otağına girər-girməz onun ayaqlarına uzanıb yalvarmağa başlayır. İrandan Sovet ordu¬sunun çıxarılmasın və Azərbaycan Milli Hökumətinə dəstəyə son verməyi xahiş edir.” (Mənbə V. Dadaşov “Bizim tarix”).

Tehran dövləti bütün dövrlər üçün Azərbaycan xalqına, dövlətinə qarşı bütün səviyyələrdə hazırladığı dağıdıcı proqram və strategiya üzrə hərəkət edib, məqsədi 40 milyonluq Azərbaycan türk etnosunu asimliyasiyası, Şimali Azərbaycan Respublikasının məhvidir. Şimali Azərbaycanın Cənubi Azərbaycanla bağlı bağlı vahid proqramın, strategiyanın olmaması təbii ki, 70 il SSRİ tərkibində olması, mütəqilliyimiz dövründə Cənubi Azərbaycanala bağlı strategiyanın olmaması isə Tehran dövlətinə Azərbaycan xalqının, dövlətinin dost, mehriban qonşuluq yanaşmasının səbəbidir. Artıq, bütün kartlar açıqdır və Azərbaycan bütövləşmə idealogiyası əsaslnda proqramı hazırlamalı və sistemli həyata keçirməlidir. Düzdür bu məsələ bəlkədə açıq müzakirəyə ehtiyacı olmayan məslədir, ancaq bu boşluq göz qabağındadır. Bu boşluğu doldurmaq isə Azərbaycan dövlətinin, cəmiyyətinin borcudur.
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr