DÇ-2022: Argentina üçqat dünya çempionu oldu

İdman / Manset 18-dek, 22:489 tv713 46 1

DÇ-2022: Argentina üçqat dünya çempionu oldu




Qətərdə keçirilən dünya çempionatının final oyununda üz-üzə gələcək Argentina və Fransa yığmalarının start heyətləri bəlli olub.

Tv 713.az xəbər verir ki, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxıblar:

Argentina: Emiliano Martines, Nauel Molina, Kristian Romero, Nikolas Otamendi, Markos Akunya, Anxel Di Mariya, Rodriqo De Paul, Entso Fernandes, Aleksis Makkallister, Lionel Messi, Xulian Alvares

Fransa: Uqo Lyoris (K), Jül Kunde, Rafael Varan, Dayo Upamekano, Teo Ernandes, Adrian Rabyo, Orelyen Çuameni, Antuan Qrizmann, Kilian Mbappe, Usman Dembele, Olivye Jiru


Qeyd edək ki, fransızlar 1998 və 2018-ci illərdə dünya çempionu tituluna sahib çıxıblar.

Argentina seçməsi isə 1978 və 1986-cı illərdə mundialın qalibi olub.

***

23-cü dəqiqədə penaltini dəqiq yerinə yetirən Lionel Messi Cənubi Amerika təmsilçisini önə keçirib: 1 -0

***

Angel Di Maria ikinci qolu rəqibin qapısından keçirib. 2 - 0

***

Fransa fərqi azaldıb, 80-ci dəqiqədə Mbappe penaltını dəqiq yerinə yetirib: 2 - 1

***

Mbappe 82-ci dəqiqədə ikinci topu da rəqibin qapısından keçirdi: 2- 2

***

Qarşılaşmanın əsas vaxtı 2- 2 hesabı ilə başa çatıb.

***

Argentina və Fransa yığmaları arasında keçirilən final matçında əlavə vaxt oynanılıb.

Buna səbəb görüşün əsas vaxtının 2:2 hesablı heç-heçə ilə başa çatıb.

Komandalar qalibi müəyyənləşdirmək üçün əlavə 30 dəqiqə mübarizə aparıblar.

***

109-cu dəqiqədə Lionel Messi "tanqoçular"ı yenidən hesabda önə keçirib: 3:2.

***

118-ci dəqiqədə Mbappe penalti zərbəsi ilə hesabı bərabərləşdirib: 3 - 3. Burada da tarazlıq pozulmadığından penaltilər seriyasından istifadə olunub.

***

Argentina və Fransa yığmaları arasında keçirilən final matçında penaltilər seriyası olub.

***

Qətərdə keçirilən futbol üzrə dünya çempionatının qalibi bəlli olub.

Finalda Fransa yığmasını məğlub edən Argentina millisi üçqat dünya çempionu olub.

Matçın əlavə vaxtında da tarazlıq pozulmadığından penaltilər seriyasından istifadə edilib. Burada daha dəqiq oynayan (4:2) Argentina millisi DÇ-2022-nin qalibi olub.

Qeyd edək ki, Cənubi Amerika təmsilçisi daha əvvəl 1978 və 1986-cı illərdə dünya kubokunu qazanıb.

Argentinanın qələbəsindən sonra səmada argentinalı əfsanəvi futbolçu Dieqo Maradonanın şəklinin proyeksiyası göstərilib.
Çap et
Oxşar Xəbərlər

nerkolwerWep 05-fev, 08:51

Детальнее тут

скачать форза 2
Ответить
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr
Yazarlar