ABŞ-dan İrana xəbərdarlıq
İran Ukraynanın enerji və mülki infrastrukturuna hücum etmək üçün Rusiyaya kamikadze pilotsuz təyyarələr verir. Mülki əhaliyə qarşı törədilən bu terror aktları müharibə cinayətləridir. Tehran müharibədəki cinayətlərin şərikinə çevrilə bilər.
Tv 713. az xəbər verir ki, bu sözləri Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan jurnalistlərə açıqlamasında deyib.
"Onların silahları Ukraynada dinc sakinləri öldürmək və şəhərləri soyuq və qaranlığa qərq etmək üçün istifadə olunur ki, bu da bizim nöqteyi-nəzərimizə görə, İranı potensial olaraq irimiqyaslı hərbi cinayətlərə şərait yarada biləcək vəziyyətə gətirir", - deyə o bildirib.