Haaqada Rusiyaya qarşı məhkəmə prosesi başlayır
Bu gün Haaqada Rusiyanın Ukraynaya təcavüzü zamanı törətdiyi hərbi cinayətlərin araşdırılması üzrə Beynəlxalq Cinayət Məhkəməsinin ilk iclası keçiriləcək.
Tv 713 .az xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının Milli Təhlükəsizlik, Müdafiə və Kəşfiyyat Komitəsinin üzvü Fyodor Venislavski məlumat verib.
“Bu, Rusiyanın hərbi cinayətlərinə beynəxalq ictimaiyyətdə hüquqi qiymət vermək üçün ilk addım olacaq. Rusiya və onun hakimiyyətinin Ukraynada cinayətlərinin qiymətləndirilməsi üçün bir neçə paralel proseslər var”, - deyə deputat bildirib.