Naxçıvanın bu ilki büdcəsi açıqlandı

Siyasət 10-yan, 15:419 tv713 32 0

Naxçıvanın bu ilki büdcəsi açıqlandı


Naxçıvan Muxtar Respublikasının 2023-cü il üçün dövlət büdcəsinin xərcləri 614 milyon 652 min 500 manat müəyyən olunub. Bunun 132 milyon 222 min manatı Naxçıvan Muxtar Respublikasının büdcə gəlirləri hesabına, 482 milyon 430 min 500 manatı isə Naxçıvana ayrılan dotasiya hesabına tənzimlənəcək.

Tv 713. az Report-a istinadla xəbər verir ki, bunu altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyasından sonra jurnalistlərə müsahibəsində Ali Məclisin deputatı Anar İbrahimov bildirib.

Ali Məclisin digər depuatı Ehtimad Məmmədov isə deyib ki, Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı ona hədəflənib ki, muxtar respublika dotasiyadan asılı olmasın və mümkün qədər özü özünü maliyyələşdirsin.

Qeyd edək ki, sessiyada Prezidentin Naxçıvandakı səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli iştirak edib. Fuad Nəcəfli çıxış edib və müvafiq tapşırıqlar verib.
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr