Dneprə raket hücumu: ölənlərin sayı 29-a çatdı
Ukraynanın Dnepr şəhərində hündürmərtəbəli binaya raket hücumu nəticəsində ölənlərin sayı 23 nəfərə çatıb.
Tv 713.az xəbər verir ki, bu barədə Dnepr Şəhər Şurası məlumat yayıb.
Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin məlumatına görə, biri uşaq olmaqla 23 nəfər ölüb, 13-ü uşaq olmaqla isə 72 nəfər xəsarət alıb.
Qeyd edək ki, ötən gün Rusiya hərbçiləri Dneprdə yaşayış binasına raket zərbəsi endirib.
***
Raket hücumu nəticəsində ölənlərin sayı 29-a yüksəlib.
Bu barədə Dnepropetrovsk vilayət hərbi administrasiyasının rəhbəri Valentin Rezniçenko bildirib.