Türkiyənin qoşulduğu missiya

Aktual / Siyasət / Manset 16-yan, 09:309 tv713 3 0




Türkiyə NATO-nun alyansın şərq sərhədlərinin möhkəmləndirilməsi və Rusiyanın qarşısının alınması missiyasına qoşulmağı planlaşdırır. Xüsusilə, söhbət Türkiyə qırıcılarının Estoniya və Rumıniyanın hava məkanında patrul xidməti həyata keçirməsindən gedir.

Tv723.az xəbər verir ki, bu barədə “Röyters” agentliyi Türkiyə Müdafiə Nazirliyinə istinadən yazıb.

Qeyd olunur ki, əvvəlcə Türkiyə Hərbi Hava Qüvvələri Estoniyada yerləşdiriləcək və avqustdan noyabr ayınadək orada qalacaq. Bundan sonra isə Türkiyə qırıcıları bu ilin dekabrından 2027-ci ilin martınadək Rumıniyanın hava məkanında patrul xidməti həyata keçirəcəklər.

Nazirlik xatırladıb ki, Türkiyə 2021-ci ilin yayında Polşanın hava məkanının gücləndirilmiş patrulu missiyasına, eləcə də 2023-cü ilin noyabrından 2024-cü ilin aprelinə qədər Rumıniyada həyata keçirilən missiyaya qoşulub.

Bundan əlavə, iyul ayında keçirilməsi planlaşdırılan növbəti NATO sammiti məhz Türkiyədə baş tutacaq.
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr