Azərbaycanın 2023 hədəfləri: Türk Əsrinə doğru

Siyasət 16-yan, 14:229 tv713 34 0

Azərbaycanın 2023 hədəfləri: Türk Əsrinə doğru



Fəzail İbrahimli
Milli Məclis sədrinin müavini



Tarix elə bir prosesdir ki, bəzən bir hadisə yüzillik bir gedişatı durdurur və yeni bir mərhələnin başlanğıcını qoyur. Bu baxımdan tam əminliklə demək olar ki, 2020-ci il 27 sentyabrda başlayan, Zəfərlə başa çatan Vətən Müharibəsi tək Azərbaycan üçün deyil, bütövlükdə region, hətta Balkanlardan Uzaq Şərqə qədər böyük bir coğrafiyada Türk Dünyası üçün yüksəliş dönəminin əsasını qoydu. Əli bəy Hüseynzadə, Ziya Göyalp, Yusif Akçura, Əhməd bəy Ağoğlu kumi dahi fikir adamlarımızın "XXI əsr türk əsri olacaq" öncəgörümü özünü doğrultmaqdadır. Yeni qədəm qoyduğumuz 2023-cü illə bağlı Türk Dünyasının iki böyük lideri - Türkiyə və Azərbaycan prezidentlərinin verdiyi mesajlar, göstərdiyi hədəflər yüz illərdi istiqlalı və hürriyyəti çeynənən bir millətin dünyada öz haqqına qovuşacağının anonsudur.
Qardaş Türkiyə Cumhuriyyəti bu il yaranmasının 100-cü ildönümü qeyd edir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanının "Türkiyənin 2023-cü il üçün hədəfi siyasətdə və iqtisadiyyatda dünya liderlərindən birinə çevrilməkdir" mesajı qardaş ölkənin yeni siyasi dönəmə başlayacağına işarədir. Azərbaycan Prezidenti İlham Əliyevin hələ 2013-cü ildə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sammitində çıxışında səsləndirdiyi "Türkdilli coğrafiyada isə inkişaf prosesi gedir. Bu, böyük sərvətdir. XXI əsr türk dünyası əsri olmalıdır" hədəfini bu günlərdə sayın Ərdoğan "Türk əsri başlayır" deyə qətiləşdirdi.
Türk Dünyasının gələcəyinə yönəlik bu mesajlar hazırki geopolitik durumdan qaynaqlanır ki, belə bir müsbət dəyişikliyin də əsas səbəbi yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycanın Qarabağ zəfəridir. İşğal altında saxlanılan Azərbaycan ərazilərinin azad edilməsi ilə regionda yeni reallıqlar yarandı və Türkiyə başda olmaqla bütün türk dünyası qlobal müstəvidə yeni gücə çevrildi. Avrasiyanın bu qərbindən şərqinədək uzanan türk zolağının qızıl körpüsü olan Azərbaycan bu gün öz tarixi haqlarını bərpa etməklə də yüz illər boyunca dünya imperalizminin parçaladığı Türk Dünyasını coğrafi baxımdan birləşdirmək missiyasını yerinə yetirir. Azərbaycan Prezidenti İlham Əliyevin Yenil İldə xalqa təbrik çıxışında və yerli televiziya kanallarına müsahibəsində verdiyi mesajlar məhz bu hədəfi açıq göstərir.
Azərbaycanın Zəfər savaşının nəticələrinin dünyaya qəbul etdirilməsini vurğulayan ölkə rəhbəri tarixi torpaqlarımız olan Qərbi Azərbaycana qayıdış məsələsini yenidən gündəmə gətirərək “Biz heç vaxt reallaşması mümkün olmayan təşəbbüslərlə çıxış etmirik” mesajı ilə məsələyə möhür vurdu. Eyni zamanda Bakıdan Naxçıvandan keçməklə Türkiyəyə açılacaq yoldan danışan prezidentin “Zəngəzur dəhlizinin reallaşması tarixi zərurətdir, Ermənistan istəsə də, istəməsə də bu, reallaşacaq” fikri bölgənin gələcək bütün taleyinin məhz Azərbaycan-Türkiyə maraqları çərçivəsində həll olunacağına ehyam vurmuş oldu. Bu layihənin icrası ilə Azərbaycan min illər boyu Türk nəzarətində olan tarixi ipək yolunun bərpasına nail olur. Tarixdə ilk dəfə olaraq Xəzər və Aralıq dənizi birləşdirilib. Azərbaycan artıq bizim soy-kök qardaşlarımız, Xəzərin şərq sahilində yerləşən türkdilli ölkələr üçün tranzit ölkə rolunu oynayır. Dünya siyasi gücünün iqtisadi imkanlarla birbaşa bağlı olduğu indiki dönəmdə Qədim İpək Yolunun bərpası Türk əsrinin reallaşması üçün əvəzolunmaz şərtdir və bu proses də Azərbaycanın liderliyi ilə aparılır.
Müstəqilliyinin ilk illərində ərazisi işğal olunmuş, iqtisadiyyatı çökmüş, dövlət olaraq varlığı belə sual altında olan Azərbaycanın bu gün tarixə möhür vuran, böyük bir regionun geopolitik durumunu dəyişəcək prosesə start verməsi heç şübhəsiz uzun, çətin, amma şərəfli bir siyasi iradənin nəticəsidir. Bu gün ordusu və siyasi mövqeyi ilə dünyanın aparıcı ölkələri ilə bir sırada duran Azərbaycan qlobal iqtisadi böhran şəraitində nəinki işğaldan azad olunan ərazilərdə böyük tikinti-quruculuq layihələrini icra edir, həm də sosial islahatları davam etdirir. Bütün bunlar regionun lider dövləti kimi Azərbaycanın qüdrətinin və qarşıya qoyulan hədəflərə nail olunmasının əsas şərtidir.
Tarix həm də təsadüfləri sevmir. 2023-cü ildən Türk əsrinin başlaması həm də iki böyük Türk Liderinin adı ilə bağlıdır. Bu il dahi rəhbər Mustafa Kamal Atatürkün qurduğu Cumhuriyyətin və ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi tamam olur. Bu iki böyük Türk Liderinin davamçıları olan Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin tarixi yubleyə ən gözəl töhvəsi elə Türk əsrinin başlanmasıdır.
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr