Türkiyə səfirliyindən Azərbaycan vətəndaşlarına müraciət
Türkiyənin Bakıdakı səfirliyi Azərbaycan vətəndaşlarına müraciət edib.
Tv 713. az xəbər verir ki, diplomatik nümayəndəlik əlaqə saxlamaq, xüsusən də yardımlarla bağlı əlaqə telefonlarını açıqlayıb.
Vətəndaş aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər:
Mərkəzi nömrə: +994 12 444 73 20
Konsolosluq şöbəsi: +994 12 444 73 43
Qaynar xətt: +994 51 206 08 04
Elektron- poçt adresi: [email protected]. tr
Xatırladaq ki, fevralın 6-da Türkiyədə 7,7 maqnitudalı zəlzələ olub. Son məlumatlara görə, nəticədə 7 108 nəfər ölüb, 40 910 nəfər yaralanıb.
Dağıdıcı zəlzələ Türkiyənin 10 vilayətində 13,5 milyon insana təsir göstərib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib.
Bundan başqa, ölkənin zəlzələ baş verən 10 əyalətində 3 aylıq fövqəladə vəziyyət elan olunub.