"Araz" zəhərləyir: indi də istehsal tarixi dəyişdirilir

İqtisadiyyat / Manset 06-mar, 12:399 tv713 4 0




"Araz" marketlər şəbəkəsində bəzi ərzaq məhsullarının istifadə müddətinin saxtalaşdırılması faktı üzə çıxıb.

Tv 713.az xəbər verir ki, Şamil Əzizbəyov küçəsində yerləşən marketdən alınan şirniyyatın (Bonita mini rulet) tamamilə istifadəyə yarasız olduğu məlum olub. Amma məhsulun üzərində onun istifadə müddətinin bu ilin may ayına kimi olduğu göstərilib. Araşdırmalar zamanı bəlli olub ki, məhsulun üzərinə bu məlumat sonradan yapışdırılıb. Beləliklə, satışdan çıxarılmalı olan şirniyyatın istifadə müddəti saxta yolla uzadılıb. Halbuki onun köhnə və istifadəyə tam yararsız olması dərhal bilinir. Çünki şirniyyat tamamilə bərkuyib və acı dadır.

Aydın olur ki, "Araz" marketdə bəzi məhsulların istifadə müddəti üzərində yeni tarix göstərilməklə saxta yolla uzadılır.

Bu, məsul alınan zaman verilən qəbzdən də görünür. Məhsulun üzərində onun bir kiloqramının qiymətinin 10,99 AZN-ə olduğun göstərilib. Qəbzdə isə həmin şirniyyatın 1 kiloqramı 7,97 AZN-dir. Bu isə onu göstərir ki, market əməkdaşları məhsulun istifadə müddətinin “uzadılmasını” tələsik həll etməyə çalışıblar. Yeni abrkod isə hələlik sistemə oturmayıb. Çünki marketlər qiymətləri artırdıqda əvvəlcə onu sistemdə düzəliş edirlər, sonra məhsulun üzərində.

Məsələ ilə bağlı Bakupost.az-ın əməkdaşı həmin marketə baş çəkib. Məlum olub ki, həmin məhsulların hamısı xarabdır və alıcılara bu şəkildə də satılır.


"Araz" marketlər şəbəkəsindən isə qeyd olundu ki, məsələ araşdırılır.
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr
Yazarlar