TÜRK GENERALDAN: "Yollar Laçına doğru açılır"

Manset 04-noy, 21:309 tv713 68 0
TÜRK GENERALDAN: "Yollar Laçına doğru açılır"

“Şuşa Qarabağ silsilə dağlarına yaxın, vacib nöqtədir. Yaxınlıqdakı dərələr Ağdamdan Laçına yol açır”

“Yəni Şuşanı alandan sonra Laçına gedən yol daha asan olacaq. Yəni Şuşa həm çətin yer, həm də Qarabağın açarıdır”


Preziden İlham Əliyev noyabrın 2-də Türkiyənin sabiq Baş Naziri Binəli Yıldırımın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə maraqlı anlar yaşanıb. Belə ki, B.Yıldırım “Hamıya maraqlıdır. Şuşada vəziyyət necədir?” deyə sual verib. Prezident İlham Əliyev cavabında bildirib ki, Azərbaycan Ordusu Şuşaya nəfəs qədər yaxındır:

“Biz ərazi şəraitinə görə çox diqqətli davranırıq. Ermənistana davamlı olaraq silah və hərbi texnika gəlir. İndiyə qədər 300-dən çox tankı və 8 ədəd S-300 müdafiə sistemini məhv etdik. Bunlar S-400-dən biraz zəifdir. Bu silahları Gürcüstan üzərindən sınadılar və bacarmadılar. Bu silahları mülki təyyarələrlə daşıdıqlarını bilirik. Bu mövzuda beynəlxalq qurumlara da müraciət etdik, amma nəticəsi olmadı”.- deyə, prezident əlavə edib.

Deməli, uzun illər haqqında “başı dumanlı” epitetini işlətdimiz, nisgillə xatırladığımız Şuşa artıq “qəfəs”dən çıxmaq üzrədir.

TV 713. az xəbər verir ki, türkiyəli ehtiyatda olan general Osman Qazi Kandemir bu barədə fikirlərini mətbuata belə bildirib:

“Şuşa böyük strateji əhəmiyyətə malikdir. Ermənilər Şuşadakı təhlükəni gündəmə gətirməklə buranın onlar üçün nə qədər vacib olduğunu göstərirlər. Şuşa Qarabağ silsilə dağlarına yaxın, vacib nöqtədir.

Yaxınlıqdakı dərələr Ağdamdan Laçına yol açır. Yəni Şuşanı alandan sonra Laçına gedən yol daha asan olacaq. Yəni Şuşa həm çətin yer, həm də Qarabağın açarıdır.

Cənubdan isə Zəngilan və Qubadlı xətti Laçına yol açır. Şuşanın başqa bir əhəmiyyəti isə hər iki tərəfin ovqatına təsiridir. Yəni Dağlıq Qarabağın qəlbi olan Şuşanın azad olunması Azərbaycan ordusunun əhval-ruhiyyəsini, döyüşkənlik ruhunu artıracaq, ermənilərin müqavimətini isə qıracaq.

Beləliklə, Gəncədə, Tərtərdə, Bərdədə, Mingəçevirdə və digər yerlərdə öldürülən mülki vətəndaşların qanı yerdə qalmayacaq, xalqınızın ürəyi rahatlıq tapacaq.

Dediyim kimi, Şuşadan sonra Laçına yol açılacaq. Ardınca Kəlbəcərə də təzyiq göstərilərsə, işğal altındakı bütün torpaqların azad olunmasını görəcəyik. Bu gün uzaqda deyil”.
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr