9 yaşlı uşaq anasını güllələdi - FOTO
9 yaşlı oğlan anasını qətlə yetirib.
Beş.az milli.az-a istinadla xəbər verir ki, ABŞ-ın Miçiqan ştatında yaşayan Pauline Randol adlı qadın doğma oğlu tərəfindən güllələnərək öldürülüb.
Yaşı 18-dən az olduğuna görə adı mətbuata açıqlanmayan oğlan cinayətdə ittiham olunaraq saxlanılıb. Onun anasını qəsdən öldürdüyü təsdiqlənib.
Məlum olub ki, 9 yaşlı oğlan anasını öldürməzdən əvvəl qonşuda yaşayan 8 yaşlı qızı da öldürməklə hədələyib.
Onun psixoloji problemlərinin olduğu düşünülür. Bu səbəbdən də o, psixoloji yardım alacaq.