Hədəfdə birbaşa Türkiyədir - Başbuğ

Manset 22-mar, 12:359 tv713 4 0




"Cənubda hədəf alınan ölkənin birbaşa Türkiyə olduğunu deyə bilərik. Çünki xüsusilə İraq və Suriya torpaqlarında hansısa dövlətdən danışmaq mümkün deyil. ABŞ-ın hərbi qüvvələri, komandirləri İraqa gedib, mərkəzi hökumətdən heç bir icazə almadan Ərbili ziyarət edib qayıdırlar. Biz bu nümunələri dəfələrlə görmüşük və yaşamışıq".

Tv 713. az xəbər verir ki, bu sözləri Türkiyənin istefada olan kəşfiyyat polkovniki Coşqun Başbuğ İraqda baş verən son helikopter qəzasını və onun ətrafında yaranan spekulyasiyaları şərh edərkən deyib.

O bildirib ki, İraqda heç vaxt ABŞ əleyhinə çağırışların səsləndiyi görülməyib:

“Buna görə orada hər hansı bir dövlət quruluşundan söz açmaq sadəcə siyasətə istehza ilə yanaşmaq olar”.

Polkovnikin sözlərinə görə, oxşar vəziyyət Suriyada da hökm sürür:

“Onların bir az olsa da, baş verənlərə reaksiyası yoxdur. Reaksiya verən ölkə Türkiyədir. Ancaq ona da “ölkəni tərk et” deyib xəbərdarlıq edirlər. Amma onların haqlarını, hüquqlarını qoruyan bizik. Niyəsə bu onları narahat edir. Çünki xaricdəki sahibinin fikirləri ilə hərəkət edirlər.

Ona görə də bu torpaqlarda aparılan əməliyyatlar təbii ki, birbaşa bizə qarşı yönəlib. Bu səbəbdən Türkiyə bu əməliyyatları həyata keçirir və hədəf ölkə Türkiyədir”.
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr
Yazarlar