"Cin çıxarma" kursları fəaliyyətə başladı
Son dönəmdə seks və təcavüz qalmaqalları ilə dünya mediasının gündəmini zəbt edən Katolik kilsəsi yenidən diqqətləri öz üzəərinə çəkməyi bacarıb.
Beş.az xəbər verir ki, Katolik kilsəsi bir həftəlik "cin çıxarma" kursuları açıb.
Vatikan tərəfindən dəstəklənən ilk "cin çıxarma" kursu İtaliyanın paytaxtı Romada və bir neçə Avropa ölkəsində fəaliyyət göstərir.
1 həftəlik kursların qiyməti 350 funt-sterlinqdir (454,49 dollar).
Katolik kilsəsinin təşkil etdiyi kurslarda bu işin ustası olan rahiblər yer alacaq. Kurslarda eləcə də pis ruhlarla mübarizə aparan şəxslər öz yaşadıqlarını danışacaqlar.