FƏZAİL İBRAHİMLİ VƏ MUSA QASIMLIYA
İGİD TEYMURLU
Qoca tarixin üzü suyu xatirinə
Sizi deyib gəlmişəm, ey mənim tarixçi professorlarım. Qoca tarixin üzü suyu xətrinə üzümü "AZƏRBAYCANDA ƏN GƏNC TARİXÇİ PROFESSOR" olan, iddia etdiyi kimi "Yardımlı rayonundan deputat seçilən", hörmətli MUSA QASIMLIya və həm də tarixçi professor, hörmətli FƏZAİL İBRAHİMLİyə tuturam...
Dəyərli professorlar, Sizin "tədqiqat sahəniz" "başqa dövr" və "başqa mövzular" olsa da amma bir tarixçi professor olaraq şübhəsiz ki, ümumu taruxdən xəbərdarsınız və bunu bizim kimilərdən dəfələrlə artıq bilirsiniz....
AMMA ÇOX TƏƏSSÜF Kİ, MİXAYLONUN SÖZÜ OLMASIN, "BİR AZ QƏDDAR VƏ BİR AZ DA XISİSSİNİZ". "Qəddar"lığınız və "xəsis"liyiniz tarixi bilgilərinizi tam olaraq cəmiyyətlə bölüşməməyinizdir.
Ümid edirəm ki, doğulub boya-başa çatdığınız, suyunu içdiyiniz Yardımlı rayonunun ayaqlar altında qalan tarixiylə bağlı da nəhayət ki, günün birində maraqlanacaqsınız.
İqrar Əliyev elə Sizin kimi tarixçiləri görüb türkün tarixinin anasını ağladırdı da. Hanı bizim qədim dilləri bilən tarixçilərimiz. Tariximiz başdan-başa dartan yırtan əlində can verir. Bilirsiniz niyə? Çünki AMEA-nın Tarix İnstitutu tarix formalaşdırmaqla məşğuldur, gerçək tariximiz də qalıb ayaqlar altında...
Məni üzürlü sayın, bu yaşa qədər etməmisiniz, ən azından nəsə etsəydiniz, məsələn, biri elə mən bilərdim ki, niyə bizim ODURAĞARAN kəndinə "Odurakəran" (eləcə də "Urakəran, Osnakəran") deyirlər!!!
Yenə də məsələn, biri elə mən bilərdim ki, mal heyvan ayaqları altında qalıb yoxa çıxan elə ODURAĞARAN kəndinin ərazisində olan Mişeyrəgöldən bir az aralı, Dar poca ilə yanaşı olan SARI TƏPƏ KURQANI hansı dövrü özündə ehtiva edirmiş?
Yenə də məsələn, biri elə mən bilərdim ki, elə ODURAĞARAN kəndinin ərazisində olan türbə hansı zamana və kimə aiddir? Məhz Sizin kimi tarixçilərin tarixə qəddar və laqeyd yanaşmanızın nəticəsidir ki, türkün tarixini mövhumatın, cəhalətin işığında işğalçı ərəblərlə bağlayırıq.
Yenə də məsələn, biri elə mən bilərdim ki, Cümhuriyyətin ən son səngəri də məhz bizim ODURAĞARAN kəndinin ərazisi olan Seloların başındakı səngər və Qalacıq deyilən yerlər olub. Bu mənada sağ olsun "Döyüşən illər" əsərinin müəllifi...
Hörmətli professorlar yerli camaat deyəndə ki, ODURAĞARANda yol yoxdur, qaz yoxdur, səhiyyə müəssisəsi yoxdur, telefon yoxdur, mədəni-maarif ocaqları yoxdur, iş yoxdur, güc yoxdur, bax onda Sizlər buna müxtəlif bəhanələri səbəb kimi göstərirsiniz. Olsun!
Halbuki yuxarıda sadalanan "yoxlar"ın hamısı birbaşa cənab Prezidentin sosial siyasətində yerinə yetirilməsi vacib olan ən ümdə məsələlər olaraq vurğulanmaqdadır.
Yaxşı burada hansısa bəhanələri (məsələn, Musa müəllim iddia edib ki, ODURAĞARANın da timsalında toponimlərlə bağlı məsələlər ondan qabaq 2012-ci ildə MM-də müzakirə edilib. Yəni, ODURAĞARAN ADININ YANLIŞ YAZILMASININ ƏSAS GÜNAHKARLARINDAN BİRİ DƏ DƏYƏRLİ MİLLƏT VƏKİLİMİZ SABİR RÜSTƏMXANLIDIR. Və zatən məntiq də bunu deyir) göstərib, məsuliyyıt hissindən nə qədər qüsurlu olsa belə yaxa qurtarmış olursunuz. Bəs bu tarixin unudulmasına, tarixin saxtalaşdırılmasına nə deyək, ay hörmətli professorlar. Hörmətli Musa Qasımlı bəlkə "qafqazşünaslıq"dan öncə bu Yardımlı adına bir nəzər salasınız.
BAXIN: YARDIMLI RAYONU ilə bağlı verilən məlumatlarda hər zaman diqqətimi bir məqam çəkib.
Rayonun tarixini daha çox peçeneq tayfaları ilə ("erdem") ilə bağlayırlar. Və burada daha çox rayon ərazisindəki tarixi abidələr, qaynaqlar, hələ də araşdırılmasını gözləyən məxəzlər deyil, daha çox "Yardımlı" toponimi ilə bağlı Budaq Budaqovun, Qiyasəddin Qeybullayevin söylədikləri əsas götürülür. Şübhəsiz ki, toponimlərdə yaşayan tarix şəksizdir. Eləcə də "Yardımlı" toponimində.
AMMA VƏ LAKİN....əfəndilər, tarixiliyə varırsınızsa, onda sizə zəhmət, mənə xəcalət, lütfən, söyləyin, "erdemlər"lə iddia edilən tarixiliyi örnək götürürsünüzsə, deyin görək "Erdemlərin məskunlaşdığı ərazi" o zaman da "Talış sıra dağları" adlanıbmı?
VƏ BU ARADA "ən qədim türk tayfalarından biri olan TOLIŞ (TALAS)" larla bağlı da bilgi verin yazılarınızda.
Zatən Sizlərdən umduğumuz bu, qalan şeylər indiki qanunverici orqan nümayəndələrinin faktoloji davranış tərzlərinə və əməllərinə istinad etsək şəhadət barmağının göstərişiylədir. Doğrusunu Allah(c.c) bilər..
Sizi and verirəm uğrunda çarpışdığınız nəsnələtin üzü suyu xatirinə Sizə üz tutduğum üçün məni bağışlayın. Mən də Sizi deyib gəlmişəm bu yazıda, müştaqi-didarınız olsaq da, çörək qazandığınız tarixin xətrinə tarixin tapdalanmasına göz yummayın, bildiyiniz həqiqətləri söyləyin və uğrunda çarpışın.