Kılıcdaroğlunun “Azərbaycansız xəritəsi” kimə məxsusdur?

Siyasət / Manset 08-may, 05:169 tv713 2 0




2000-ci ildə Çin Böyük İpək yolunun bərpası ilə bağlı Qərbin xəritəsinə qarşı öz layihəsini hazırladı. Bu xəritə Rusiya və İranın birbaşa iştirakı ilə hazırlanmışdı. Məqsəd Qafqazı regionun Böyük İpək Yolu üzərində qurulacaq nəqliyyat xətlərindən uzaq tutmaq, İranı böyük dövlətlər sırasına qatmaq və ən əsası Qərbin maraqlarını neytrallaşdırmaq idi.

Tv 713.az xəbər verir ki, bu sözləri tarixçi alim Zaur Əliyev ötən gün Türkiyə müxalifətinin prezidentliyə namizədi Kamal Kılıçdaroğlunun nümayiş etdirdiyi xəritə haqda qeyd edib.

Alim bildirib ki, xəritə Amerika gizli xidmətinin əlinə keçəndən sonra “Diplomat” qəzetində çap edilmişdi:

“Bu xəritə hazırlanana qədər Çin Türkiyə ətrafında olan coğrafiyada biznes maraqlarını qurmuşdu. Çoxları bilməsə də, türkmanların Mosul, Kərkük ərazisində olan enerji mənbələri artıq müxtəlif şirkətlər vasitəsilə Çinə aid idi. Çin Kürdüstan yaradılması üçün illərdir gizli yollarla kürd təşkilatlarına yardım edir. Əsas məsələ Qərb və Şərqi birləşdirən ana xətdən Azərbaycanı kənar tutmaq idi. Çünki İran-Çin-Rusiya sövdələşməsinə görə, Qafqaz yenidən Rusiyanın ərazisi kimi qəbul edilirdi”.

Z.Əliyev Türkiyə müxalifətinin aparıcı qüvvəsinə başçılıq edən Kamal Kılıçdaroğlunun eyni xəritəni təqdim etməsi və prezident seçiləcəyi təqdirdə Azərbaycandan yan keçəcək layihəni dəstəkləyəcəyini elan etməsindən təəssüfləndiyini bildirib:

“İstəməzdim yeni Boraltan (Türkiyəyə sığınan azərbaycanlı mühacirlər SSRİ-yə Boraltan körpüsündə təhvil verilib – red.) yaşayaq. Hər halda Türkiyədə Kamal bəyə dəstək olan güclər o seçilən təqdirdə Azərbaycanı Böyük İpək Yolundan və ən əsası Zəngəzur dəhlizindən mərhum etməzlər”.
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr