RUSİYA AZƏRBAYCANI İŞĞAL EDİB

Manset / Yazarlar 08-iyn, 12:549 tv713 13 0





İGİD TEYMURLU



DİLİMİZİ İŞĞALDAN AZAD EDƏK!





Rus dilinin tədrisilə RUSİYA AZƏRBAYCANI İŞĞAL EDİB və sanki buna dövlət strukturları səviyyəsində də razılıq verilib!

400-ə yaxın məktəb!!!!!!

Görən Rusiyada nə qədər azərbaycandilli məktəb var?

Görən Rusiyada nə qədər İvan öz uşağının heç türkcəni demirəm, ingilis dilində tədrisinə meyillidir?

Bu, bir RƏZALƏTDİR.

DİLİMİZİ İŞĞALDAN AZAD EDƏK!

İndi deyirsiniz latışlar bizim rusdillilərdən gerizəkalıdırlar!? Yalançının...

Bir müddət öncə Latviya rəsmi şəkildə təhsildə rus dilindən imtina etdi. Və deyildi ki, bundan sonra ölkədəki bütün məktəblər qarşıdakı 3 il ərzində tam Latış dilinə keçəcək.

Azərbaycanda bu metoddan istifadə etmək beləmi çətindir?

Yaxud, bu latışlar "azərbaycanlı" rusdiılli valideyin və onların rusdilli gül balalarından beləmi gerizəkalıdırlar!?

Yaxud, Latviya Azərbaycandan azmı demokratik, azmı tolerant dövlətdir!?

Sadəcə olaraq, bu insanların təfəkküründə bir gerizəkalılıq, kölə psixologiyası var? Hansısa dili öyrənmək üçün mütləqdirmi ki, təhsilini o dildə alasan!?

Əslində bu kateqoriyadan olan valideyinlərin müəyyən bir kəsimi də var ki, məhz dövlətin, dövlət strukturlarının "qurbanı"na çevriliblər. Bu gün Azərbaycanda iş axtaranların işərisindən ən böyük üstünlüyü rus dili bilənlərə (eləcə də digər xarici dilləri) verən dövlət strukturlarında kök salan çete dilimizin işğalında vasitəçi rolunda çıxış edirlər. Və təbii ki, övladına iş axtaran valideyin də guya ki, "övladının gələcəyi" naminə rus dilində tədrisə üstünlük verir. Bu addımın genefondumuza hansı mənfi təsirlər göstərəcəyi bir loxma çörəyə möhtac edilən valideynin umurunda da deyil. Dövlətin qoltuğu altında özünə yuva salan çete də öz strateji niyyətini həyata keçirməkdə....

Nədən mən sevgili məmləkətimdə mütləq rus dilində, yaxud ingilis dilində danışmalıyam!?

Nədən bu məmləkətdə rusdillilərə yaşıl işıq yandırılmalıdır?

Əksinə mən öz məmləkətimdə Azərbaycan türkcəsində daha səlist, daha mükəmməl şəkildə danışmalı, Azərbaycana təşrif buyuranlara da bu dilin incəliklərini öyrətməliyəm. Dilimizin yayılma arealını genişləndirməkdənsə, guya dil bilirik deyə dilimizi daha dar qəfəsə salıb dustaq edirik. Və bu işdə ilk növbədə dövlətin özü, sonra da valideyinlər günahkardılar...

İnsan da öz anasının dilinə bunca ögey münasibətdə olarmı!?

Digər bir məqam: nədən məndən dolayı yolla zorən alınan vergiylə rusdilli sektorlar maliyyələşməlidir? Kimsə özünə rus dilində tədris almağı önəmli sayırsa, buyursun özəl sektora - pulunu ödəsin, lap moltanı dilində təhsilini alsın.

RUS SEKTORLARININ DÖVLƏT BÜDCƏSİNDƏN MALİYYƏLƏŞMƏSINƏ SON QOYULMALIDIR!..

Əmrullayev Eminin dilə münasibəti də hər kəsə bəlli. Bu kateqoriyadan olan "kadrlar"ın, bu kateqoriyadan olan "mütəxəssislər"in önə çəkilməsi əslində kölə psixologiyasının oturuşmasına da yaşıl işıq yandırır...

Ümumiyyətlə başda Emin Əmrullayev və Təhsil Nazirliyinin bütün səlahiyyətliləri, bütün işçiləri, o cümlədən rusdilli, ingilisdilli "kadrlar"ın hamısı canlı yayımla test edilməlidir. Görək bu ÇOXDİLLİLƏRin səviyyəsi nədir axı. Görək bu adamlar Azərbaycan tarixindən, Azərbaycan ədəbiyyatından, Azərbaycan dilindən nə dərəcədə xəbərdardırlar....

LATIŞLARIN SAĞ ƏLİ AZƏRBAYCANIN BAŞINA!

İstər dövlət strukturları, istərsə də valideyinlər kölə psixologiyasından qurtulmalıdır! Dilimizin qorunmasına nəzarət edən komitə yaradılmalı və bu komitəyə hər cür səlahiyyət verilməlidir. Ki, anındaca dilimizi aşağılayan, dilimizi təhqir edən, dilimizi bərbad günə qoyanları cəzalandıra bilsin...

DİLİMİZİ İŞĞALDAN AZAD EDƏK! Kimsə kölə psixologiyasına üstünlük verirsə, buna da ictimai təpki olmalıdır.
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr