BİZ BİZİ TANIMADIQCA...
İGİD TEYMURLU
HARADA RUSİYA VARSA....
ÖZÜMÜZü tanıyaq! BİZ BİZi tanımadıqca, ermənilər hər daim Bizə biz olacaqlar....
Bir müddət öncə ermənişünas alim, Türkiyənin Erciyes Universitetinin professoru Qafar Çaxmaqlının sədri olduğu Təşəbbüs qrupu mühacirətdə QƏRBİ AZƏRBAYCAN (İRƏVAN) RESPUBLİKASI elan etmişdi haaa, bax ona münasibətdə cənab CEYHUN BAYRAMOVun mövqeyi necə oldu, tanıdımı bu respublikanı!?
DEPUTATXANAMIZda bu barədə bir kəlmə danışıldımı!? Bununla bağlı nəsə bir şey ratifikasiya edildimi?
MƏTBUATIMIZ ( XÜSUSİLƏ YEKƏ-YEKƏ DANIŞAN J(Z)URNALİSTLƏR) "Hikmət Hacıyevin "25-ci kadrı"nda görünənlər bu barədə intensiv yazılar dərc etdimi!? Əcəba, bəs bu mətbuat maarifləndirmə deyəndə nəyi nəzərdə tutur? Yaxud, bu cəmiyyətin özü "peşəkar jurnalist" deyəndə hansı keyfiyyətləri mənimsəmişləri "as jurnalist" hesab edir ki, elə hey doğub törəyir də!?
AYDINLARIMIZın (ziya(n)lılarımızın) məsələyə münasibətdə həmrəylik çağırışlarını eşidən oldumu?
MÜHACİRƏTDƏ yaşayan soydaşlarımızla iş aparan KOMİTƏ MURADımızca aktivlik nümayiş etdirdimi!?...
Və bütün bunları görə rusla erməni nə kar, nə də kordular. Elə ol səbəbdən də sağımızdan, solumuzdan atəşə tutuluruq.
DÖVLƏT OLARAQ RUSİYANIN XİSLƏTİ ANCAQ VƏ ANCAQ İŞĞALÇILIQDAN YOĞRULUB ( bunu Rusiyaya bağlı olan "deputat" və "as jurnalist" deməz və demiyəcək, əfəndim). Haylar da ki, rusların əlində bir təzyiq rıçağı...
BİZdən olmayan "biz"lərin susması da dolayı yolla həm rusu, həm də erməni qudurdur ki, BİZƏ qarşı biz rolunda çıxış edirlər...
Bunu danmaq lazım deyil. Rusiyanın "sülhməramlı" adı altında Azərbaycan torpaqlarının bir qismini işğal etməsindən düz 8 ay 6 gün keçir.
Rədd olsun "sülhməramlı" və bütün növ Rusiya qoşunları! Harada Rusiya var, orada işğal faktı, orada riyakarlıq, orada qan-qada, orada uzaq mənzilli məkrli siyasət var!!!
Biz bir az da Xankəndi, Xocalı, Ağdərə, Əsgəran, Xocavəndin, Şuşanın kəndləri erməni əlindəykən Qərbi Zəngəzuru işğaldan azad etmək haqqında fikirləşirdik, erməni terrorçuları da Şuşanın böyründən baş qaldırdılar!!!!
Bə hanı "sülhməramlılar" Rusiya?...
Bə hanı 10 noyabr 2020-ci ildə imzalanan sazişin 4-cü bəndi?
Niyə Rusiya ilə tələb dili danışılmır - çörəyimiz, ya suyumuz kəsiləcək!?..
HANI AZƏRBAYCAN HAKİMİYYƏTİNİN, HANI BİRLƏŞMİŞ MÜXALİFƏTİN RUSİYAYA ETİRAZ DOLU TƏPKİSİ!?
Bir halda ki, adını "1", "2" qoydunuz, onda atalar 3-dən deyib. Quran oxunaqla donuz, yəni ki, erməni və arxasında duran yabılar darıdan çıxan deyil.
Azərbaycan BMT-nin məlum Qətnamələrini özü necə yerinə yetirmişdisə, eləcə də "sülhməramlılar"ın işini özü yerinə yetirməlidir! Rusiyaya kimsə humanist prinsiplər təqdim edir, rəsmi Kreml bunu kölə təzimi kimi qəbul edir və həmin subyektlə kölə psixologiyası çərçivəsində münasibət göstərir. Amma biz kölə deyil, bizə kölə kimi baxanları yaxan, yerə kömən millətik! İndi də köməcəyik!
Və BİZ BUNA QADİRİK!
ÖZÜMÜZÜ TANIYAQ.....