NADİR ŞAHIN SƏFƏVİLƏRLƏ BAĞLI FƏRMANI
Nadir Şahın fərmanı....(Nadir şahın səfəvilərin soyunu qurutmasının gerçək səbəbi bu fərmanda açıqlanıb)
Fərmani-Şahi
Öncə Allah təalaya sığınıram. Biliniz ki, Şah İsmayıl Səfəvi, 1501-ci ildə zühur etdi. Cahil xalqdan bir qismini yanına topladı. Bu alçaq dünyanı və nəfsinin istəklərini ələ keçirmək üçün müsəlmanlar arasına fitnə və fəsad soxdu. Peyqəmbərin ən yaxın arxadaşlarını söyməyi, şiəliyi ortaya çıxardı. Böyləcə müsəlmanlar arasına böyük bir düşmanlıq soxdu. Münafiqlik və düşmənlik bayraqlarının açılmasına səbəb oldu. Öylə oldu ki, kafirlər rahat və qorxusuz yaşayır, müsəlmanlar isə bir-birlərini yeyir. Bir-birlərinin qanlarını, namuslarını tələf edir. İştə bunun üçün Muğan meydanındakı toplantıda böyük-kiçik hamınız məni şah yapmaq istədiyiniz zaman bu istəyinizi qəbul edərsəm, siz də Şah İsmayıl zamanından bəri, ölkəmizdə yerləşmiş olan pozuq inanclardan və boş sözlərdən vaz keçəcəyinizi bildirmişdiniz. Qiymətli dədələrinizin məzhəbi olan və mübarək adətlərimiz olan, dörd xəlifənin haqq və doğru olduğuna qəlb ilə inanacağınızı və dil ilə də söyləyəcəyinizi, bunları söyməkdən, kötüləməkdən saqınacağınızı və dördünü də sevəcəyinizi söyləmişdiniz. İştə bu xeyirli işi qüvvətləndirmək üçün seçilmiş alimlərdən, dininə bağlı yüksək zâtlardan soruşdurdum. Hamısı dedi ki, Peyqəmbərimizin haqq yoluna çağırdığı gündən bəri, dörd xəlifənin hər biri, dinin yayılması üçün canlarını və mallarını fəda etdilər. Bu uğurda çoluq-çocuqlarından, əmi və dayılarından ayrıldılar. Hər sözə, iftiraya, oxa qatlandılar. Bundan dolayı, Rəsulullahın xüsusi söhbətləri ilə şərəfləndilər. Yaxşıların yaxşısı vəfat etdikdən sonra ümmətin işlərini görən Əshabın böyüklərinin sözbirliyi ilə xilafətə gəldilər. Birinci xəlifə mağara arxadaşı Əbubəkir Sıddıq oldu. Bundan sonra xəlifənin təyini və Əshabi-kiramın qəbul etməsi ilə Ömər Faruq oldu. Ondan sonra altı kişi arasından sözbirliyi ilə Osman ibni-Əffan oldu. Daha sonra Əli ibni Əbutalib xəlifə oldu. Bu dörd xəlifədən hər biri kəndi xilafətləri zamanında bir-biriləri ilə uyqun, hər türlü ayrılıq ləkəsindən təmiz idi. Qardaşlıq və birlik üzərə idilər. Hər biri İslam məmləkətlərini şirkdən və müşriklərin kinindən qorudular. Bu dörd xəlifədən sonra müsəlmanlar iman və etiqadda birlik idi. Hər nə qədər zaman və əsrlər keçməsi ilə islam alimlərinin oruç, həc, zəkat və başqa yapılacaq işlərdə ayrılıqları oldusa da, fəqət inanılacaq şeylərdə, Rəsulullahı və onun Əshabını sevməkdə və həpsini xalis olaraq tanımaqda heç bir qüsur, əksiklik və pozuqluq olmadı. Şah İsmayılın ortaya çıxmasına qədər bütün İslam məmləkətləri böylə saf və təmiz idi. Sizlər səlim ağlınızla və təmiz qəlblərinizin irşadı ilə sonradan çıxarılan səhabiləri söymək və şiə olmaq yolunu çox şükür buraxdınız. Dini-islam sarayının dörd təməl dirəyi olan dörd xəlifənin sevgisi ilə qəlblərinizi süslədiniz. Bunun üçün mən də bu söz verdiyimiz beş qərarımızı göylər kimi yüksək, qaraların və dənizlərin xaqanı, Məkkənin xidmətçisi, yer üzünün ikinci Zülqərneyni, böyük İslam padşahı, qardaşımız, Rum məmləkətlərinin sultanına bildirməyi söz verirəm. Bu işi arzumuza uyqun olaraq bitirəlim. Bu yazdıqlarımız Allah təalanın yardımı ilə çabuq meydana çıxsın! Şimdi bu xeyirli işi qüvvətləndirmək üçün Mollabaşı Əli Əkbər və başqa yüksək alimlərimiz bir təzkirə yazdılar. Böyləcə bütün şübhə pərdələrini yırtdılar. Yaxşıca anlaşıldı ki, bütün bu iftiralar, bidətlər və ayrılıqlar Şah İsmayılın çıxardığı fitnələrdən doğmuşdur. Yoxsa ondan öncəki zamanların hər birində və İslamın başlanqıcında bütün müsəlmanların imanları, düşüncələri tək bir yolda idi. Bunun üçün Allah təalanın yardımı ilə və Onun qəlblərimizə sunması ilə bu şərəfli və yüksək qərarı almış bulunuruq. İslamiyyətin başlanğıcından ta Şah İsmayılın taxta çıxmasına qədər bütün müsəlmanlar dörd xəlifəni haqq, doğru xəlifə bilirdi. Hər birini haqlı olaraq xəlifə oldu bilirlərdi. Bunları söyməkdən, kötüləməkdən çəkinirlərdi. Xətib əfəndilər və böyük vaizlər mənbərlərdə və dərslərdə bu xəlifələrin yaxşılıqlarını, gözəl hallarını, üstünlüklərini söylərlərdi. Dərin alim və üstünlərin özü (Mirzə Məhəmməd Əli) həzrətlərinə əmr eylədim ki, bu fərmani-şahimizi bütün ölkə şəhərlərinə yaysınlar. Millətim də eşitsin və qəbul eyləsin. Buna uymamaq, qarşı gəlmək, Allah təalanın əzabına və şahənşahın qəzəbinə səbəb olacaqdır. Böylə bilələr.[1] Hücuci-Qətiyyə- “Hak sözünün vesikaları” Hakikat Kitabevi, İstanbul-2008, s. 42-43-44.
اؤنجه آللاه تعالایا سیغینیرام. بیلینیز کی، شاه ایسماعیل صفوی، 1500-جی ایلده ظوهور ائتدی. جاهیل خالقدان بیر قیسمینی یانینا توپلادی. بو آلچاق دونیانی و نفسی نین ایستکلرینی اله کئچیرمک اوچون موسلمانلار آراسینا فیتنه و فساد سوخدو. اصحابی کیرامی سؤیمه گی، شیعه لیگی اورتایا چیخاردی. بؤیله جه موسلمانلار آراسینا بؤیوک بیر دوشمانلیق سوخدو. مونافیقلیک و دوشمنلیک بایراقلاری نین آچیلماسینا سبب اولدو. اؤیله اولدو کی، کافیرلر، راحات و قورخوسوز یاشاییر، موسلمانلار ایسه، بیر-بیرلرینی یئییر. بیر-بیرلری نین قانلارینی، ناموسلارینی تلف ائدیر. ایشته بونون اوچون، موغان مئیدانینداکی توپلانتیدا، بؤیوک-کیچیک هپینیز، منی شاه یاپماق ایسته دیگینیز زامان بو ایستگینیزی قبول ائدرسم، سیز ده، شاه ایسماعیل زامانیندان بری، اؤلکه میزده یئرلشمیش اولان پوزوق اینانچلاردان و بوش سؤزلردن واز کئچه جگینیزی بیلدیرمیشدینیز. قییمتلی دده لرینیزین مذهبی اولان و موبارک عادتلریمیز اولان، دؤرد خلیفه نین حاق و دوغرو اولدوغونا قلب ایله ایناناجاغینیزی و دیل ایله ده سؤیله یه جگینیزی، بونلاری سؤیمکدن، کؤتوله مکدن ساقیناجاغینیزی و دؤردونو ده سئوه جگینیزی سؤیله میشدینیز. ایشته بو خئییرلی ایشی قوووتلندیرمک اوچون سئچیلمیش عالیملردن، دینینه باغلی یوکسک ذاتلاردان سوروشدوردوم. هپسی دئدی کی، پئیقمبریمیزین حاق یولونا چاغیردیغی گوندن بری، صحابه راشیدین اولان دؤرد خلیفه نین هر بیری، دینی-موبینین یاییلماسی اوچون جانلارینی و ماللارینی فدا ائتدیلر. بو اوغوردا چولوق-چوجوقلاریندان، عمی و داییلاریندان آیریلدیلار. هر سؤزه، ایفتیرایا، اوخا قاتلاندیلار. بوندان دولایی، رسول اوللاه افندیمیزین خوصوصی صؤحبتلری ایله شرفلندیلر. بؤیله جه (موهاجیرلردن و انسارلاردان، ایلری اولانلار) معالینده کی آیتی-کریمه ایله مدح و ثنایا قوووشدولار. یاخشیلارین افندیسی وفات ائتدیکدن سونرا اوممتین ایشلرینی گؤرن، اصحابی-کیرامین بؤیوکلری نین سؤزبیرلیگی ایله خیلافته گلدیلر. بیرینجی خلیفه ماغارا آرخاداشی ابوبکر صیددیق اولدو. بوندان سونرا خلیفه نین تعیینی و اصحابی-کیرامین قبول ائتمه سی ایله عؤمر فاروق اولدو. اوندان سونرا آلتی کیشی آراسیندان سؤزبیرلیگی ایله عوثمان ایبنی-اففان اولدو. داها سونرا آللاهین آصلانی، آرایانلارین آرانیلانی، شاشیلاجاق شئیلرین خزینه سی علی ایبنی ابوطالیب خلیفه اولدو. بو دؤرت خلیفه دن هر بیری کندی خیلافتلری زامانیندا بیر-بیریلری ایله اویقون، هر تورلو آیریلیق لکه سیندن تمیز ایدی. قارداشلیق و بیرلیک اوزره ایدیلر. هر بیری ایسلام مملکتلرینی شیرکدن و موشریکلرین کینیندن قورودولار. بو دؤرد خلیفه دن سونرا موسلمانلار ایمان و اعتیقاددا بیرلیک ایدی. هر نه قدر زامان و عصرلر کئچمه سی ایله ایسلام عالیملری نین اوروچ، هج، ذکات و باشقا یاپیلاجاق ایشلرده آیریلیقلاری اولدوسا دا، فقط اینانیلاجاق شئیلرده و رسولوللاهی و اونون اصحابینی سئومکده و هپسینی خالیص اولاراق تانیماقدا هئچ بیر قوصور، عکسیکلیک و پوزوقلوق اولمادی. شاه ایسماعیلین اورتایا چیخماسینا قدر بوتون ایسلام مملکتلری بؤیله صاف و تمیز ایدی. سیزلر سلیم عاغلینیزلا و تمیز قلبلرینیزین ایرشادی ایله سونرادان چیخاریلان اصحابی-کیرامی سؤیمک و شیعه اولماق یولونو چوخ شوکور بوراخدینیز. دینی-ایسلام سارایی نین دؤرد تمل دیرگی اولان دؤرت خلیفه نین سئوگیسی ایله قلبلرینیزی سوسله دینیز. بونون اوچون من ده بو سؤز وئردیگیمیز بئش قراریمیزی گؤیلر کیمی یوکسک، قارالارین و دنیزلرین خاقانی، حرمئینی-شریفئی نین خیدمتچیسی، یئر اوزونون ایکینجی زولقرنئینی، بؤیوک ایسلام پادشاهی، قارداشیمیز، روم مملکتلری نین سولطانینا بیلدیرمگی سؤز وئریرم. بو ایشی آرزوموزا اویقون اولاراق بیتیره لیم. بو یازدیقلاریمیز آللاه تالانین یاردیمی ایله چابوق مئیدانا چیخسین! شیمدی بو خئییرلی ایشی قوووتلندیرمک اوچون موللاباشی علی اکبر و باشقا یوکسک عالیملریمیز بیر تذکیره یازدیلار. بؤیله جه بوتون شوبهه پرده لرینی ییرتدیلار. یاخشیجا آنلاشیلدی کی، بوتون بو ایفتیرالار، بیدعتلر و آیریلیقلار، شاه ایسماعیلین چیخاردیغی فیتنه لردن دوغموشدور. یوخسا اوندان اؤنجه کی زامانلارین هیچ بیرینده و ایسلامین باشلانقیجیندا بوتون موسلمانلارین ایمانلاری، دوشونجه لری تک بیر یولدا ایدی. بونون اوچون آللاه تعالانین یاردیمی ایله و اونون قلبلریمیزه سونماسی ایله بو شرفلی و یوکسک قراری آلمیش بولونوروق. ایسلامیتین باشلانغیجیندان تا شاه ایسماعیلین چیخماسینا قدر بوتون موسلمانلار، خولفایی-راشیدینی حاق، دوغرو خلیفه بیلیردی. هر بیرینی حاقلی اولاراق خلیفه اولدو بیلیرلردی. بونلاری سؤیمکدن، کؤتوله مکدن چکینیرلردی. خطیب افندیلر و بؤیوک واعیظلر مینبرلرده و درسلرده بو خلیفه لرین یاخشیلیقلارینی، گؤزل حاللارینی، اوستونلوکلرینی سؤیلرلردی. موبارک ایسملرینی سؤیلرکن و یازارلارکن احتیراملا یاد ائدیلردی. درین عالیم و اوستونلرین اؤزو (میرزه محمد علی) حضرتلرینه امر ائیله دیم کی، بو فرمانی شاهیمیزی بوتون اؤلکه شهرلرینه یایسینلار. میلتیم ده ائشیتسین و قبول ائیله سین. بونا اویماماق، قارشی گلمک، آللاه تعالانین عذابینا و شاهنشاهین غضبینه سبب اولاجاقدیر. بؤیله بیله لر.38
P.S: Yazı tarixçi alim Tofiq Əzizovun fb səhifəsindən götürülüb.
İgid Teymurlu
Tv 713. az