Putin Ukraynada heç bir hədəfinə nail olmayıb

Aktual / Dünya / Manset 17-fev, 12:499 tv713 14 0




QABİL OSMANLI
Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun mətbuat katibi



Müharibənin 2-ci ilinə tarixi ekskurs


Tammiqyaslı Rusiya-Ukrayna müharibəsinin 731-ci günü...


İki il əvvəl, bu gecə saatlar yerli vaxtla 04-50 göstərir.
2-ci Dünya müharibəsindən sonra ilk dəfə bu maştabda dünya bir təcavüzə şahidlik edəcəkdi. Belə ki, Putin Rusiyası yerdən, göydən, dənizdən, bir sözlə çirkli ayaqlarıyla Ukraynaya daxil oldu. 200 minlik ordu, minlərlə tank, ağır artilleriya, raketlər və daha nələr..
İlahi, yer-göy dağılır.Bütün Ukrayna ərazisi atəşə tutulur. İnsanlar çaşqınlıq içində, nə edəcəklərini bilmirlər. Bunu yalnız yaşayanlar bilər.
Sadəcə dəhşət saçır. Qulaqlar səsə dözmür, gözlərdə narahatlıq, hər kəs pərişan. Axı bu nədir, hər kəs özünə sual edir, nə baş verir? Bu, artıq müharibədir. Bəli, tammiqyaslı, amansız bir müharibə. Az keçmir ki, Ukrayna prezidenti Volodimir Zelenski xalqa müraciət edir:

Sakin olun, təlaşa gərək yox.
Ölkəmizə qarşı hücum olub, düşmən adekvat cavabını alacaq!

Kiyev daxil ölkə boyunca müharibə gedir.Az keçmir ki, Rusiya təbliğat maşını Zelenskinin qaçdığını elan edir. Amma ömründə müharibə görməmiş, şən və hazırcavab Zelenski telefon vasitəsilə fb-dən canlı yayım açır.Və elan edir ki, mən və komandam Kiyevdəyik. Heç bir yerə getmək fikrimiz yoxdur.
Sona qədər mübarizə!
İnsanlarda inam yaranır.
Səhər açılır, dünya liderləri Zelenskiyə zəng edərək, dəstəklərini ifadə edirlər.
Amma etiraf edək ki, qərbdə Ukraynanın qısa müddətdə məğlub olacağı fikri var idi.
Nə baş verdi? Mübariz Ukrayna xalqı bütün çətinliklərə rəğmən döyüşür.
Putin Rusiyası NATO-nun Ukraynaya yaxınlaşacağı, rusdilli əhalinin hüquqlarının pozulması bəhanəsiylə "Xüsusi hərbi əməliyyat" adıyla Avropanın mərkəzində, çox mühüm strateji əhəmiyyətə malik Ukraynaya hücum etdi.

Hədəfi nə idi?
Əsasən:

1.Ukraynanı tam işğal etmək

2. Üç günə Kiyev tutulur, martın əvvəllinə Kiyevdə parad təyin olunur

3.74 faizlə seçilmiş legitim hakimiyyəti dəyişir, öz marionetini hakimiyyətə gətirir(Yanukoviç və ya Medvedçuk)

4.Ukraynanı silahsızlaşdırmaq


Bunlar Putinin strateji hədəfləri idi.Hələ ki, heç birinə nail olmayıb.Yəni, strateji hədəflərinə çatmayıb.

Bəs nə olub? Putinin taktiki "uğurları" var.
Müharibənin əvvəlində Ukrayna ərazisinin demək olar ki, yarısı işğalda idi.

Sonradan Ukrayna ordusunun uğurlu hərbi əməliyyatları nəticəsində:

1.Kiyev vilayəti
2.Xarkov vilayəti.
3.Sumi vilayəti
4.Çerniqov vilayəti
5.Xerson vilayətinin yarısı
İşğaldan azad olundu.


Müharibədə Ukraynanın lazımı nəticəni əldə etməməsi(əraziləri tam işğaldan azad edərək, 1991-ci il sərhədlərinə çıxış) bir çox haqlı suallar yaradır.
Unutmayaq ki, Rusiya həm də Ukraynaya qarşı hibrid müharibə aparır. Son dövrlər Azərbaycan mediasını izləyirəm. Sanki, ruslar Kiyevə yaxınlaşıb, Ukrayna fəlakətin astanasındadır.Çətinliklər yoxmu, təbii ki, var.
Amma əslində necədir? Aydınlıq gətirməyə çalışmışam.
Rusiya və Ukraynanın resursları müqayisə olunmaz səviyyədədir.
Əhali sarıdan 4 dəfə, ərazi baxımdan isə 27 dəfə böyük olan Rusiyanın imkanları indiki halda daha üstündür.
Amma bu müharibə həm də kollektiv qərbin Rusiyaya qarşı müharibəsidir.Bu halda isə resurslar baxımından qərbin imkanları daha genişdir.Ən əsası müharibənin uzanması və Rusiyanın tədricən çöküşü qərbin əsas prioritetidir.

Hər kəsə məlumdur ki, 04.06.2023-cü ildən başlayan Ukraynanın əks-hücum əməliyyatları nəticə vermədi.Bu da bir çoxlarında pessimist əhval-ruhiyyə yaratdı.Heç şübhəsiz ki, bunun bir çox səbəbləri var.Bu prosesdə üç əsas faktor önəmli rol oynadı.

1.Havadan dəstəyin lazımı səviyyədə olmaması.
2.Uzaqmənzilli raketlərin demək olar ki olmaması.
3.Minalanmış ərazilər

Məhz, Ukrayna xalqının rəşadəti, Böyük Britaniya və ABŞ-ın dəstəyi sayəsində Ukrayna xalqı bu gün Rusiya imperializminə qarşı mübarizə aparır.Özümüzü aldatmayaq, təbii ki, bu dövlətlərin də hər birinin öz marağı var.Ümumiyyətlə, bu müharibədə marağı olmayan hansı dövlət yoxdur ki?!Zatən,həyatımız maraqlardan ibarətdir. Yeni il tətillərindən sonra ABŞ başda olmaqla, digər müttəfiq dövlətlər Ukraynaya gərəkən dəstəyi göstərəcəklər. Proses ağrılı gedir, amma gedir.Bayaq qeyd etdiyim kimi Rusiyani tədricən çökdürmək planı gedir.

Unutmayaq ki, Ukraynanın Azərbaycandan böyük ərazisi, yəni- 4 vilayəti və Krım(yarımada)
işğal altındadır

1.Krım-27min km2, (əhali-2,5 milyon nəfər)

2.Xerson 28min km2(1milyon)

3.Luqansk 27 min km2(2 milyon)

4.Zooporjye 26 min km2, (1.6 milyon)

5.Donetsk 25min km2,( 4 milyon)
Görürsüz ki, Ukraynanın 10 milyon əhalisi və 110min km2 dan çox ərazisi işğaldadır(çoxu da minalı)


Bu ərazilərdən Xersonun yarısı, Krım tam, Zoporjyenin yarıdan çoxu, Luqanskın 90 faizi və Donetskin 65 faizi Rusiya işğalındadır. Sizə heç də zarafat gəlməsin Ukrayna hansı düşmənlə və hansı şərtlərdə mübarizə aparır.
731 gündür ki, Ukraynada Haqqla - nahaqqın.
Ədalətlə-cəhalətin.
Azadlıqla-tiranlığın arasında müharibə davam edir.

P.S. Mütərəqqi dünyanın bir parçası olaraq Ukrayna xalqı bu mübarizədə qalib olacaqdır.İllər keçəcək, əsrlər dəyişəcək Rusiya imperializminə qarşı əzmkar mübarizə aparan Ukrayna xalqı hər zaman sayğı və ehtiramla xatırlanacaq, amma Putin Rusiyası barbar, işğalçı kimi.

Bütün çətinliklərə rəğmən, Biz qalib gələcəyik.
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr