İranın Bakını hədələməsinə güneylilərin cavabı…

Siyasət 28-mar, 13:209 tv713 2 0





Son vaxtlar İran hakimiyyəti Azərbaycan Respublikasına qarşı düşməncə davranışlar sərgiləyir. Bundan narazı olan Güney Azərbaycan türk milləti İl bayramından (Novruz) başlayaraq, ev və küçələri Azərbaycan bayrağı ilə bəzəyir, bu minvalla İrana cavab verir.

Tv 713. az xəbər verir ki, bu sözləri Axar.az-a tanınmış güneyli yazar və jurnalist Məsud Haray deyib.

Güney Azərbaycanda və İranın bir neçə şəhərində Azərbaycan bayrağının asılmasının böyük məna daşıdığını bildirən güneyli yazar molla rejiminin bayraq məsələsinə aqresiv yanaşdığını diqqətə çatdırıb:
“Bayraq bütöv Azərbaycanın bayrağıdır. Bu da İrana “biz mübarizəmizi davam edirik, birik, bütöv Azərbaycanı quracağıq” mesajı vermək və meydan oxumaqdır. Odur ki, İran hakimiyyəti Azərbaycan bayraqlarını kimin əlində tutsa, onu “cəsusluq” ittihamı ilə çox ağır şəkildə cəzalandırır. Bu ittihamla onlarla milli fəalımız tutularaq, həbsə atılıb. İranın Azərbaycana davranışları dəyişməsə, Güney Azərbaycanda bayraqlarımızın dalğalanmasını çox görəcəyik. Çünki bu, rejimə qarşı seçdiyimiz mübarizə üsullarından biridir”.
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr