Ermənistanla xəyanət razılaşması - 1984

Aktual / Siyasət / Manset / Tarix 09-apr, 18:119 tv713 12 0





1980-ci illərdə azərbaycanlılar Ermənistan SSR-in Noyemberyan rayonunun Dovex kəndi ilə Azərbaycan SSR-in Qazax rayonunun Xeyrimli kəndi arasında yerləşən meşəlik ərazi üçün Sovet hakimiyyətinə məktublar yazırdılar.

Tv 713. az Globalinfo.az-a isitinadla xəbər verir ki, bunu Ermənistan SSR-də Nazirlər Soveti sədrinin müavini olmuş Vladimir Movsisyan deyib.

Movsisyan bildirib ki, o zamanlar həmin meşəlik ərazi və oradan yerləşən bulaqlardan təkcə ermənilər istifadə edib, azərbaycanlılar ora buraxılmayıb.

Onun sözlərinə görə, ard-arda Sovet hökumətinə narazılıq məktublarının göndərilməsindən sonra Bakı və İrəvana komissiyanın yaradılması ilə bağlı tapşırıq verilib:

“Azərbaycanlılar intensiv şəkildə məktublar göndərdilər. Daha sonra Moskvadan Azərbaycan və Ermənistan Kommunist Partiyalarının Mərkəzi Komitələrinin sədrləri Kamran Bağırovla Karen Dəmirçiyana tapşırıq gəldi. Onlara sərhəddə demarkasiya komissiyalarının yaradılması deyildi. Bir müddət danışıqlar aparıldı, müzakirələr keçirildi. Daha sonra Ermənistan tərəfinin təqdim etdiyi sənədlərə əsasən bir razılaşma əldə olundu. Nəticədə 1984-cü ildə Azərbaycan SSR-in Qubadlı rayonu kolxozunun istifadəsində olan ərazilər, Bağanis Ayrım, həmçinin Qazaxın rayonunun Əskipara kəndinin əraziləri Ermənistan SSR-in Şurnux kolxozunun nəzarətinə verildi”.

“Həmin vaxt Azərbaycan SSR-in o bölgədə yaşayan kəndlərinin əhalisi ciddi narazılıq etdilər və razılaşdırılmış torpaqların Ermənistan SSR-in nəzarətində olan ərazi kimi rəsmiləşdirilməsinə qarşı çıxdılar. Hələ o vaxt bu məsələyə görə həmin bölgədə yaşayan azərbaycanlılarla ermənilər arasında ciddi qarşıdurma olmuşdu”, – V.Movsisyan vurğulayıb.
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr