Rəisinin olduğu helikopterin bütün sərnişinləri həlak oldu
İran Prezidenti İbrahim Rəisinin olduğu helikopterin bütün sərnişinləri həlak olub.
Tv 713.az TASS-a istinadla xəbər verir ki, bu barədə İranın Qırmızı Aypara Cəmiyyəti sədri PirHüseyn Kulivənd məlumat yayıb.
"Qəzaya uğrayan helikopterin yeri aşkar ediləndən sonra sərnişinlərin sağ qalmasına dair heç bir əlamət aşkar edilməyib", - deyə o bildirib.
Qeyd edək ki, daha əvvəl Pirhüseyn Kulivənd İran Dövlət Televiziyasına açıqlamasında helikopterin qalıqlarının tapıldığını bildirib.