İGİD TEMURLU
HAYDAN NƏ DOST, NƏ QONŞU OLMAZ! ÖZ qənaətimizi qoyaq bir yana, haylarla bağlı kitablarda yazılanlara diqqət edin. Məsələn, biri elə "Kəlilə və Dimnə"yə...
"Kəlilə və Dimnə" əsəri Şərq ədəbiyyatının incilərindən biri sayılır. Qədim hind mənşəli etik-didaktik hekayələr toplusundan ibarət olan bu əsərin baş qəhrəmanları olan Kəlilə və Dimnə iki çaqqal olaraq təsvir edilir. Bu çaqqallardan biri olan Dimnə bütün varlığıyla hakimiyyətə can atan hiyləgər bir xarakteri təmsil edir Digər çaqqal Kəlilə isə daha çox ağıllı və ehtiyatlı davranışı ilə seçilir.
“Kəlilə və Dimnə” əsərinin əsas məqsədi hökmdarlar və adi insanlar üçün mənəvi və əxlaqi dərslər verməkdir. Hekayələr heyvanların dili ilə danışılır, lakin insanların cəmiyyətində mövcud olan problemlər, siyasət, ədalət və əxlaq kimi mövzular simvolik şəkildə işıqlandırılır. Bu hekayələr vasitəsilə insanlar həyatın vacib dərslərini, xüsusilə düzgünlük, müdriklik, ədalət və hiyləgərlikdən çəkinməyi öyrənirlər.
Maraqlı bir məqam ondan ibarətdir ki, adıçəkilən əsərdə həm də milli xarakterlər müəllifin təqdimatında öz əksini tapır. İstər türklər, istərsə də ermənilərlə bağlı təqdim olunan xarakterik xüsusiyyət bu günün özündə də aktualdır. Ermənilərin hiyləgərliyi, ikiüzlülüyü, dosta, qonşuya xəyanət etmələri, təfəkkürlərinə intəhasız iddialarına xatir gərəkəndə qul psixologiyasına üstünlük vermələri apaydın olaraq qeyd edilir. Özü də buu yazan türk deyil haa. Bu hind ədəbiyyatından gəlmə, sonradan farscaya, ərəbcəyə tərcümə edilərək dünyaya təqdim edilən bir əsərdir. Ən dəhşətlisi isə ondan ibarətdir ki, bizim sonrakı nəşrlərdə həmin əsərdə ermənilərl bağlı səsləndirilən mənfi fikirlər şıxarılıb. Özü də nə vaxt? Azərbaycan torpaqları işğal altında olan dönəmlərdə!!
Kim olub bunun çıxaran?!
Kim olub erməniyə bunca sevgi bəsləyən?!.
Bununla bağlı biz dəfələrlə mətbuat vasitəsilə öz etirazımızı bildirmiş, milləti unutqanlığa sürükləyən bu kimi halların aradan qaldırılmasını vacib saymışıq.
Təəssüf ki, ermənilər "dəmir yumruğun" zərbini görəndən və erməni terrorizmi Azərbaycanın rəşadətli ordusu tərəfindən diz çökdürüləndən sonra da ölkəiçi sülh göyərçinlərimiz yenə də bu amalla civildəşmədədilər.
Üstündən heç 30 il keçməmiş baş verənləri, törədilən qətliamları nə tez unutdular. 713 saylı taborun şəxsi heyətindən olan Şəhidlərimizin timsalında yurdun azadlığı uğrunda can verənlər hər zaman diridirlər. O döyüşçülərdən itkin düşənlərimiz var. Yaxınları və heç şübhəsiz ki, bizlər indinin özündə də Onların yolunu gözləyirik. Millət üçün qəhrəmanlıq dastanı yazan o igidlərin taleyi ayrı-ayrı ailələrin faciəsi olsa da, amma bütövlükdə dövlət olaraq varoluşumuzu təmin edən, atlı xalq olaraq, dünyanın döyüşkən xalqı olaraq millətimizin kimliyini tarixlərə həkk etdilər.
Mən necə unudum O Qəhrəmanları?!
Mən necə unudum O Qəhrəmanların nəyin uğrunda Şəhid olduqlarını?!
Və sən, və siz necə unudursunuz Savaş Tariximizin deportasiyalı, qətliamlı, soyqırımlı günlərini?!..
Yazılanlara istinad etsək, ÇOMAĞIMIZ BU İTLƏRİ VURMAQ ÜÇÜN HƏR ZAMAN ƏLİMİZDƏ OLMALIDIR. DOSTU DOST, DÜŞMƏNİ DƏ DÜŞMƏNİ KİMİ TANIYAQ, TANIDAQ. Hər kəsin kimliyini lap elə hindlilər, farslar, ərəblərsayağı "Kəlilə və Dimnə"də olduğu kimi bəyan edək..
Amma baxanda görürsən ki, illər ötdükcə yavaş-yavaş sülh göyərçinləri yenə də pərvazlanır Azərbaycanda - hansısa tolerantlıqdan, hansısa dünyəvi, hansısa humanizm prinsiplərindən dəm vurmaqla son 300 il ərzində Azərbaycan türkünün dəfələrlə soyqırımına, deportasiyasına məruz qoyan haylara münasibətdə həzin sevgi melodiyaları eşidilməkdədir. "Filankəsi başa düşmək olar, bəs biz necə?"..
VƏTƏN ANLAYIŞI SÖZ KONUSU OLANDA "ŞƏHİD ANASI", YAXUD "ÖVLADINI BU QANLI SAVAŞDA İTİRMƏYƏN" BİRİSİ İFADƏSİ YOXDUR!
ŞƏHİDLƏR HAMIMIZIN ÖVLADLARIDIR. BİZ ŞƏHİD ATASIYIQ, BİZ ŞƏHİD ANASIYIQ, BİZ ŞƏHİD QARDAŞIYIQ, BİZ ŞƏHİD BACISIYIQ!
BAX, O QARA ÇARŞABLI QADIN MƏNİM ANAMDIR, MƏNİM BACIMDIR, MƏNİM QIZIMDIR!
BAX, O PIRTDAŞIQ SAÇLARI SIĞAL ÜZÜNƏ HƏSRƏT QALAN COCUQ MƏNİM OĞLUMDUR!
BAX, DÜŞMƏN ƏLİNƏ KEÇMƏSİN DEYƏ NAMUSUNU QORUYARAQ ÖZÜNÜ QAYADAN ATAN MƏNİM BACIMDIR!
BAX, OĞLUNUN TAPILMA XƏBƏRİNƏ QURBAN DEDİYİ QARA ÇÖNGƏSİNİ HƏLƏ DƏ AXURDA BƏSLƏMƏKDƏN ARTIQ QƏDDİ ƏYİLƏN MƏNİM ATAMDIR!..
MƏN BU DƏRDİ NECƏ UNUDUM!?
MƏN ONLARA BU DƏRDİ NECƏ UNUTDURUM!?
MƏN BU DƏRDLƏ, MƏN BU ƏLƏMLƏ YAŞAYIRAM. MƏNİ BÖYÜDƏN DƏ, MƏNİ YAŞADAN DA, MƏNİ ÖZÜMƏ QAYTARAN DA O DƏRDLƏRDİR. VƏ BU DƏRDLƏR HƏM DƏ MƏNİM SEVİNCİMDİR. BU GÜNKÜ VAROLUŞUMUZ KƏDƏRİMİZİİN SEVİNCİ, SEVİNCİMİZİN DƏ KƏDƏRİDİR. CİVİLDƏŞƏN SÜLH GÖYƏRÇİNLƏRİ MƏNİ ÖZ KƏDƏRİMDƏN, MƏNİ ÖZ SEVİNCİMDƏN UZAQLAŞDIRMAĞA, SEVİNCİMDƏN, KƏDƏRİMDƏN YOĞRULAN AZƏRBAYCAN ADLI CANIMI UNUTDURMAĞA ÇALIŞIRLAR.
UNUTQANLIQ Türkün ən böyük düşməni. Məni ən böyük düşmənimin qarşısında tərksilah etmək istəyənlər, AZƏRBAYCAN DÜNYƏVİ DÖVLƏTDİR. KİMLİYİNDƏN ASILI OLMAYARAQ YA BURADA QANUNLARIMIZA HƏR KƏS KİMİ BOYUN ƏYİB ADAM KİMİ YAŞAYACAQSAN, YA DA SƏNİ İTİ QOVAN KİMİ QOVACAĞIQ, RƏDD OLUB GEDƏCƏKSƏN!
Haydan nə dost, nə də qonşu olmaz! "Kəlilə və Dimnə"də beləcə deyilir.
Bunu UNUTMAYAQ, UNUTDURMAYAQ! Kİ, ÖZÜMÜZ DƏ UNUDULMAYAQ!
















