"Onda biz elə vəziyyətə düşəcəyik ki..."
Ermənistan sülhə nail olmaq üçün konstitusiyada dəyişiklik etməyə hazırdır.
Tv 713. az TASS-a istinadla xəbər verir ki, bu barədə Ermənistan Baş naiziri Nikol Paşinyan deyib.
“Azərbaycanla sülh müqaviləsi imzalansa, onun məzmununun əsas qanuna uyğunluğunu yoxlamaq üçün saziş ölkənin Konstitusiya Məhkəməsinə göndəriləcək. Əgər Konstitusiya Məhkəməsi müqavilənin Ermənistan Konstitusiyasına zidd olduğu qənaətinə gəlsə, onda biz elə vəziyyətə düşəcəyik ki, sülhə nail olmaq naminə Konstitusiya dəyişiklikləri zəruri olacaq”, - Paşinyan qeyd edib.