Erməni təcavüzü nəticəsində öldürülən hərbçilərimizin sayı...

Aktual / Siyasət / Cəmiyyət / Manset / Şahidlər və Şəhidlər 13-fev, 22:219 tv713 19 0





1980-ci illərin sonlarından 2023-cü il sentyabrın 20-dək Azərbaycanın işğal olunmuş ərazilərində ağacları, kolları və digər yaşıllıqları məhv etməklə, su mənbələrini, su hövzələrini və su anbarlarını çirkləndirməklə, eləcə də kənd təsərrüfatı təyinatlı torpaqları dağıtmaqla Azərbaycan Respublikasının ekologiyasına və təbiətə ümumilikdə 13,4 milyard manatdan artıq məbləğdə maddi ziyan vurulub.

Tv713.az xəbər verir ki, bu barədə məlumat Ermənistan vətəndaşı olan, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin işgəncə, muzdluluq, müharibə qanunlarını və adətlərini pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər maddələri ilə təqsirləndirilən Ruben Vardanyanın barəsində olan cinayət işi üzrə məhkəmə prosesinin baxış iclasında bildirilib.

Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimli, həmçinin Ermənistan tərəfindən aparılan təcavüzkar müharibənin gedişində iştirak edən cinayətkar təşkilat tərəfindən Azərbaycan Ordusunun müdafiə arsenalına, habelə öldürülmüş və öldürülməsinə cəhd göstərilmiş mülki şəxs və hərbi qulluqçuların sayını elan edib.

Belə ki, 1988-2024-cü illər ərzində ümumilikdə 3053 nəfəri mülki, 15 min 298 nəfəri hərbi qulluqçu, 17 min 607 nəfəri kişi, 744 nəfəri qadın, onlardan 401 nəfəri uşaq olmaqla, cəmi 18 min 351 şəxs qəsdən öldürülüb, ümumilikdə 3710 nəfəri mülki, 51 min 467 nəfəri hərbi qulluqçu, 54 min 103 nəfəri kişi, 1074 nəfəri qadın, onlardan 457 nəfəri uşaq olmaqla, cəmi 55 min 177 şəxsə müxtəlif dərəcəli bədən xəsarətləri yetirilib.
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr