Öcalan bu gün PKK-ya çağırış edəcək

Aktual / Siyasət / Dünya / Manset 27-fev, 11:159 tv713 1 0




Bu gün PKK terror təşkilatının lideri Abdullah Öcalanın İmralı həbsxanasından təşkilatı tərksilah olmağa çağıracağı gözlənilir.

Tv713.az Teleqraf-a istinadla xəbər verir ki, bu barədə “Türkiyə” qəzeti məlumat yayıb.

Məlumatda deyilir ki, Öcalanın çağırışını PKK-ya bağlı Xalqların Birliyi və Demokratiya Partiyasının (DEM) onunla bu gün həbsxanada görüşəcək heyəti oxuyacaq, çıxış Diyarbəkir və Van şəhər meydanlarında nəhəng ekranlarda yayımlanacaq.

TGRT telekanalının koordinatoru Ahmet Sözcan İmralıdan gözlənilən çağırışla bağlı deyib:

“DEM Partiyası görüşdən sonra saat 17:00-da (Bakı vaxtilə 18:00-da – red.) İstanbulda açıqlama verəcək. Brifinqdə Öcalanın bəyanatının oxunacağı bildirilir. Bir səhifəlik açıqlama olacağı gözlənilir. Açıqlamada Abdullah Öcalanın PKK-ya terrorun bitdiyi ilə bağlı çağırış edəcəyi, terror təşkilatının özünü buraxmasının lazım olduğunu bəyan edəcəyi deyilir. Terror təşkilatına çağırış ediləcək ki, qurultay çağırın və PKK-nın ləğv olunduğunu bəyan edin”.

Sözcan qeyd edib ki, Öcalanın fərqli mərkəzlərə çağırış edəcəyi gözlənilir:

“Birincisi, İraqda Qəndilə (PKK-nın əsas düşərgəsinə), ikincisi, Suriyadakı YPG/SDQ-yə çağırış edəcək. Onun terrorçuları silahlarını yerə qoymağa və Suriya ordusuna qoşulmağa çağıracağı gözlənilir. Xüsusilə PKK-nın Avropa qanadına səslənəcək.

Digər çağırış isə DEM Partiyasına olacaq. Ona bildiriləcək ki, terror təşkilatı ilə əlaqənizi kəsin, Türkiyədə demokratik siyasətinizi davam etdirin. Heyətdə Öcalanın vəkilləri də olacaq. Bu çərçivədə görüşdən sonra bəyanat oxunacaq”.
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr