Qarabağda yeni yaradılan iş yerlərinin sayı…

Aktual / İqtisadiyyat / Cəmiyyət / Manset 07-apr, 17:429 tv713 7 0




2024-cü il ərzində işğaldan azad edilmiş rayonlarda 2575 yeni iş yeri yaradılıb.

Tv713.az APA-ya istinadla xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında bildirilib.

Hesablamalara görə, bu göstəricinin həcmi əvvəlki illə müqayisədə 2,1 dəfə artıb. Belə ki, 2023-cü il ərzində işğaldan azad edilmiş rayonlarda 1271 yeni iş yeri yaradılmışdı.

Ötən il ən çox yeni iş yeri Xankəndi və Laçında yaradılıb. Hesabat dövründə Xankəndidə 702, Laçında isə 471 yeni iş yeri açılıb.

Xatırladaq ki, hesabat dövründə azad edilmiş rayonlarda 380 yeni müəssisə və təşkilat, 3815 yeni fərdi sahibkarlıq subyekti dövlət qeydiyyatından keçib. Əvvəlki illə müqayisədə yeni yaradılmış müəssisə və təşkilatların sayı 2.6 dəfə, fərdi sahibkarların sayı isə 43.3% artıb.
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr