Putin Trampla danışdı

Siyasət / Dünya / Manset 19-may, 21:449 tv713 5 0





Rusiya döyüşlərin dayandırılmasının tərəfdarıdır, lakin sülhə doğru ən effektiv yolları inkişaf etdirmək lazımdır.

Tv713. az xəbər verir ki, bu sözləri Rusiya lideri Vladimir Putin ABŞ Prezidenti Donald Trampla telefon danışığından sonrakı açıqlamasında deyib.

Putin əlavə edib ki, müvafiq razılaşmalar əldə olunarsa, Ukraynadakı vəziyyətdə müəyyən müddətə atəşkəs mümkündür.

Rusiya prezidentinin sözlərinə görə, Tramp söhbət zamanı Ukraynada hərbi əməliyyatların dayandırılması ilə bağlı mövqeyini ifadə edib. Putin bildirib ki, Rusiya Ukrayna ilə atəşkəs rejimini ehtiva edən memorandum üzərində işləməyə hazırdır.

O vurğulayıb ki, Rusiya və Ukrayna bütün tərəflərə uyğun kompromislər tapmalıdır.

Ukrayna ilə danışıqların bərpasına münasibət bildirən Putin qeyd edib: “Biz bütövlükdə düzgün yoldayıq”.

Qeyd edək ki, Putin ilk dəfədir kompromislərə hazır olmaqdan danışır.
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr