ADSEA və Macarıstan nümayəndələri arasında görüş keçirilib

Aktual / Siyasət / Sosial / Manset 13-sen, 09:259 tv713 12 0
ADSEA və Macarıstan nümayəndələri arasında görüş keçirilib



Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin rəhbərliyi Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin rəhbərliyi Macarıstandakı Türk Dövlətləri Təşkilatının nümayəndələri ilə görüş keçirib

Tv 713.az xəbər verir ki, bununla bağlı ADSEA-nın ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Görüşdə Macarıstandakı Türk Dövlətləri Təşkilatının Nümayəndəlik Ofisinin rəhbəri cənab Balaş Hendriç, Missiya rəhbərinin müavini xanım Rita İzsak, Quraqlığın Qarşısının Alınması İnstitutunun əməliyyat direktoru cənab Laszlo Örlöş, iqtisadi attaşe cənab Daniel Brenner və su diplomatiyası üzrə təcrübəçi cənab Zoltan Trençsenyi iştirak ediblər.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyini görüşdə sədrin birinci müavini Xəyyam Məmmədov, sədrin müşaviri Əsəd Şirinov, Strategiya, beynəlxalq əməkdaşlıq və elm şöbəsinin müdiri Riad Axundzadə və “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti”nin İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Tahir Xəlilov təmsil ediblər.

Görüş zamanı tərəflər arasında quraqlıq risklərinin azaldılması məqsədilə Quraqlığın Monitorinqi Sisteminin qurulması və istifadəsi, Macarıstan institutları tərəfindən hazırlanmış müasir quraqlıq monitorinqi sistemlərinin Azərbaycanın iqlim şəraitinə uyğunlaşdırılması, yerli mütəxəssislər üçün təlimlərin təşkili və bacarıqların artırılması, tərəflər arasında uzunmüddətli əməkdaşlıq və institusional əlaqələrin qurulması və sair müzakirə olunub.

Görüş qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi və gələcək əməkdaşlığın əsas istiqamətlərinin müəyyən edilməsi baxımından mühüm əhəmiyyət kəsb edib.
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr