Qurbanov "Qarabağ"da 800-cü oyununu keçirdi

İdman / Ölkə 01-dek, 14:149 tv713 4 0




Qurban Qurbanov "Qarabağ"ın baş m
əşqçisi kimi 800-cü oyununu keçirib.

Tv713.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadla xəbər verir ki, bu, Misli Premyer Liqasının XIII turuna təsadüf edib.

"Karvan-Yevlax"la ev qarşılaşması (2:0) mütəxəssis üçün yubileylə əlamətdar olub. 2008-ci ilin yayından Ağdam klubunu çalışdıran Qurbanovun komandası bu müddətdə 467 qələbə qazanıb, 185 heç-heçə edib və 148 dəfə uduzub. Bu oyunlarda 1375 qol vuran Ağdam klubu 631 top buraxıb.

Qurbanovun "Qarabağ"a rəhbərlik etdiyi 17 ildə komanda Premyer Liqada 538, kubokda 75, avrokuboklarda 187 matça çıxıb.

Qeyd edək ki, baş məşqçi "Qarabağ"da 2008-ci il avqustun 9-da debüt edib. Premyer Liqanın "Bakılı" ilə görüşündə onun yetirmələri 2:1 hesablı qələbə qazanıb.
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr