Zəngəzur dəhlizinə Rusiyadan etiraz

Aktual / Siyasət / Dünya / Manset 06-dek, 13:349 tv713 1 0




Cənubi Qafqazda Rusiya və İrandan yan keçən nəqliyyat layihələri mahiyyət etibarı ilə sərfəli deyil və region ölkələri arasında əməkdaşlığa xələl gətirmək məqsədi daşıyır.

Tv713.az Teleqraf-a istinadla xəbər verir ki, bu iddianı Rusiyanın Ermənistandakı səfirinin müşaviri Dmitri Litskay deyib.

Rusiyalı diplomat bildirib ki, bölgədə nəqliyyat dəhlizlərinin (“Tramp yolu” və ya Zəngəzur dəhlizini nəzərdə tutur - red.) yaradılması mövzusu çox fəal müzakirə olunur və burada əsas amil logistik xərc və marşrutların rentabelliyidir:

“Qərb tərəfdaşlarının təşviq etdiyi marşrutlar Rusiya və İrandan yan keçir, bu layihələr iqtisadiyyatdan çox geosiyasətə əsaslanır. Digər tərəfdən, Qazaxıstandan (Azərbaycan vasitəsilə) Ermənistana son yükdaşıma təcrübəsi göstərir ki, region ölkələri siyasi iradə olduğu halda öz marşrutlarını qura bilərlər”.

Litskay 3+3 platforması barədə qeyd edib ki, bu format əgər onlar regiona konstruktiv ideyalarla gəlirlərsə, xarici qüvvələrlə əməkdaşlığı istisna etmir: “Moskvada keçirilmiş ilk görüş formatın aktual olduğunu göstərdi”.

Diplomatın sözlərinə görə, Rusiya regiondakı proseslərin müzakirəsi zərurətini nəzərə alaraq yeni görüşlərin keçirilməsini gözləyir. Növbəti görüşün Azərbaycan və Ermənistanda baş tutmalı olduğu, məkan seçiminin tərəfdaşların qərarına buraxıldığı qeyd edilib.
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr