Qarayevin illərlə gizlədilən biznes şəbəkəsi... - Siyahı9

Aktual / Kriminal / Manset 08-dek, 07:199 tv713 2 0




Jurnalist Cavanşir Həsənli keçmiş mədəniyyət naziri Əbülfəs Qarayevin illərlə gizlədilən biznes şəbəkəsi ilə bağlı araşdırma ilə çıxış edib.

Tv713.az xəbər verir ki, Cavanşir Həsənlinin araşdırması göstərir ki, Qarayevin fəaliyyəti yalnız Panamadakı şübhəli şirkətlər və Xorvatiyadakı hotellə məhdudlaşmırmış. Keçmiş nazir Moskvada dəniz məhsullarından tutmuş neft və qaz ticarətinə qədər geniş bir biznes imperiyasının arxasında dayanıb. Onun Moskvada "LEON BABY" və "MYASNAYA QARANT" kimi ticarət markaları var.

Jurnalist qeyd edib ki, nazir Moskvada təkcə balıq, molyusk, toyuq-cücə, deyil, həm də neft və qaz məhsulları satırmış:

"Həm də Əbülfəs Qarayev məhz nazir olduğu illərdə:

- 2004-cü ilin fevralında Panamada RİMBA SA şirkətini təsis edib;

- 2008-ci ildə Xorvatiyada LK D.O.O. (LTD) şirkətini həyat yoldaşının adın təsis edib, Pula şəhərində o dövr üçün 1 milyon avro dəyərində olan "Amfiteatr" hotelini alıb;

- 2010-cu ildə həyat yoldaşı Lalə Kazimovanın adına KL BODRUM EMLAK TİCARET VE Sanayi LİMİTED ŞİRKETİ-ni təsis edib.

- 28 iyul 2010-ci ildə Moskvada "ÇƏHRAYI SUNK" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİnin (ООО "Розовый Скунс") təsisçisi kimi qeydiyyatdan keçib.

- 17 aprel 2012-ci ildə Moskvada fərdi sahibkar kimi qeydiyyata alınıb ( "qeyri-ixtisaslaşmış mağazalarda pərakəndə ticarət");

- 7 aprel 2014-cü ildə Moskvada GALS MMC-nin (ООО "ГАЛС") rəhbəri olub;

- 12.01.2016-cı ildə fərdi sahibkar kimi fəaliyyətini dayandırıb;

- 23.06.2017-ci ildə Moskvada "GZK OIL" MMC-ni (ООО "ГЗК ОЙЛ") təsis edib;

- 18 may 2023-cü ildə ÇE CORPORATION MMC-nin təsisçisi (ООО "КОРПОРАЦИЯ ЧЕ) kimi qeydiyyatdan keçib. Buna qədər təsisçi qismində Əbülfəs Qarayevin təsisçisi olduğu "QALS" və "ÇƏHRAYI SUNK" MMC-lər iştirak edib”.
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr