YARDIMLININ “DUA PİTİSİ” VƏ ADINI “MİR”Ə SİĞƏ EDƏN ŞAHİNİN MOİZƏSİ

Aktual / Siyasət 24-may, 23:479 tv713 42 0





İGİD TEYMURLU




DUA UŞAĞA İDİ, MOİZƏ İSƏ UŞAĞIN PAYINA…



Yardımlıda bir vaxtlar mollalar vardı…
“Dua piti” yazardılar.

Kimin uşağı olmurdu, gedib molla qapısı döyərdi.
Molla da bir kağıza dua yazardı:
“Allah bu evə körpə qismət eləsin…”

Çünki bu torpaqda uşaq həmişə ruzi sayılıb.
Evin çırağı sayılıb.
Ocağın tüstüsü sayılıb.

İndi isə zaman dəyişib.
Mollaların yerini efir mollaları alıb.

Biri çıxıb deyir:
“Uşaq doğanda dövlətdən nəsə gözləməyin…”

O biri də — adını “mir”ə siğə edib ekranda moizə oxuyan Şahin — başlayır bu fikrə siyasi don biçməyə.

Adam baxır, elə bilir uşaq pulu yox, dövlət sirrinin açılmasını istəyən var.

Halbuki dünyanın bütün normal ölkələrində uşaq pulu sosial siyasətin əlifbasıdır.
Dövlət anlayır ki, körpə yalnız bir ailənin yox, gələcəyin sərmayəsidir.
Sabah əsgər olacaq.
Müəllim olacaq.
Vergi ödəyəcək.
Ölkənin yükünü çəkəcək.

Bu Şahin Ağayev də öz "mir"ində elə danışır ki, sanki uşaq doğan ailə büdcəyə terror elan edib.

Sabah bunların məntiqi ilə belə çıxacaq:
Məktəb istədin? — “Oxutmayaydın…”
Xəstəxana istədin? — “Xəstələnməyəydin…”
Su istədin? — “Az içəydin…”
Uşaq pulu istədin? — “Doğmayaydın…” deyəcəklər.

Bu artıq fikir deyil.
Bu, sosial məsuliyyətə qarşı maskalanmış kinayədir.

Ən maraqlısı da budur ki, bu tip publisistikanın küləyə qarşı mövqeyi olmur.
Həmişə küləyin istiqamətinə işləyir.

Bu gün xalqın haqqını “populizm” adlandırırlar.
Sabah qərar dəyişən kimi çıxıb deyəcəklər:
“Bu məsələni ilk gündəmə gətirən mən olmuşam…”

Köhnə televiziya bicliyidir.
Əvvəl xalqın dərdini lağa qoy, sonra vaxtı gələndə həmin dərdin müəllifi kimi poza ver.

Şahin Ağayev təqdimatının ən təhlükəli tərəfi də budur.
O, xalqın probleminə içəridən baxmır.
Projektor işığından baxır.

Projektor isə insanın boş soyuducusunu göstərmir.
Körpənin süd pulunu göstərmir.
Qazın, işığın, bazarın qiymətini göstərmir.

Studiyada qurulan “analitika” ilə mətbəxdə qaynayan boş qazan arasında böyük fərq var.

Dövlət isə televiziyada moizə oxumaq deyil.
Dövlət yük paylaşmaqdır.

Uşağa verilən pul da “sədəqə” deyil.
Dövlətin öz gələcəyinə qoyduğu paydır.

Kim nə deyir-desin, Şahin Ağayev özü də yaxşı bilir ki, Yardımlı mollaları bir vaxtlar dua piti yazırdı ki, kiminsə uşağı olsun…

İndi isə həmin oğlan dua edir ki, xalq haqqını istəməyə utanıb sussun…
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr