Gözəlçələrə milyonlar xərcləyən məmurlar niyə gözə dəymir?

Aktual / Manset 10-apr, 14:499 xebertv 340 0
Gözəlçələrə milyonlar xərcləyən məmurlar niyə gözə dəymir?


Sevinc Çılğın

Dünya dağılır! İnsanlar aciz! Texnoloji, bütün nailiyyətlər məğlub! Hər şey alt-üst olub! Bundan artıq daha nə olsun? Nə olsun ki, biraz özümüzə gələk. Daha nə olmalıdır ki, düşüncəmiz işə düşsün. Əməllərimizə çəki-düzən verməyin vaxtı deyilmi?
Dünyanın bu günündə belə, insanları mənəvi narahat etmək bahasına yardım etmək sadəcə ayıbdır. Əgər bir şey edəcəyiksə, bunu insanları utandırmadan, incitmədən etməliyik. Yemək dolu kisələri, 2-3 çörəyi, makaronu ehtiyac duyulan ünvana aparıb, o evin adamlarını göstərmək olmaz! Bu, dilə gətirməsəz də, şüuraltında "Sənin çörəyə ehtiyacın var, mən alıb səni doyururam” mesajı verir. Adamların sosial vəziyyəti normal olmaya bilər, kasıblıq ayıb deyil, amma birinə "kasıbsan” hissini yaşatmaq ayıbdır. Və bunu çəkib başqalarına da göstərmək son dərəcə düşüncəsizlikdir. Bunu edən adamlara özünü reklam edir filan da demirəm, bu, yardım edən insanların başqalarını da təşviq etmək niyyətindən irəli gələ bilər, ancaq lütfən belə addımlardan əvvəl bir az düşünülsün və uyğun forma tapılsın. Məsələn, alınan məhsulun fotosu, videosu (yardım edənin özünün də iştirakıyla ola bilər), mövzuya uyğun çox kiçik bir nitqi, insanları da yardım kampaniyalarına cəlb etmək sözləri ilə lentə alına bilər, ancaq yardım edilənləri çəkib göstərmək etik deyil. O kadrdaki insanları, uşaqları utandıra bilərsiz. Sabah o uşaqlar özlərini mənəvi baxımdan gözükölgəli hiss edə bilərlər. Lütfən, psixoloji məqamları gözardı etməyək, dostlar. Bu məqamda empati qurun, özünüzü o ailələrin yerinə qoyub, nə hiss edə biləcəklərini anlamağa çalışın. İnanmıram ki, ondan sonra bu yardımları bu şəkildə etmək istəyəsiz.

Və ən əsası, bu yardımları anladıq, niyyəti də anlayırıq, amma dövlət hardadı ki, sosial çətinliyi olan insanlar kütlənin ümidinə qalıb, imkanlı insanlara möhtacdır? 190 manat söhbəti bitmədimi? Yoxsa dövlət də bunu insanları utandırraraq, boyunlarına minnət qoymaqla etmək fikrindədir? Kimə veriləcəksə, verilsin artıq. İnsanların bu gün o pula ehtiyacı var. Sabah bu lənətəgəlmiş virus bitəndən sonra yenə də qırmızı diplomlarıyla gedib, qul bazarında işləyib, minnətsiz bir tikə çörək pullarını halallıqla qazanacaqlar.

P.S. Qəribədir, yardım kampaniyalarında da yenə sadə, bir az məşhur adamlar görünür. Milyonlarıyla kənarda saxladıqları gözəlçələrə ev, maşın alan, hesab kartlarına pulu su kimi axıdan, məclislərində ən ucuz müğənnilərin başına şabaş tökən məmurlar gözə dəymir!


tv713.az
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr