2026-cı ildə Azərbaycanın strateji valyuta ehtiyatları...

Aktual / Siyasət / İqtisadiyyat / Manset 06-iyn, 14:579 tv713 1 0



“Fitç Reytinq” (Fitch Ratings) beynəlxalq reytinq agentliyi Azərbaycanın strateji valyuta ehtiyatlarının 2026-cı ildə 93 mlrd. ABŞ dollarına çatacağını proqnozlaşdırır.

Tv713.az APA-ya istinadla xəbər verir ki, agentlik bu göstəricinin ölkənin proqnozlaşdırılan ümumi daxili məhsulunun (ÜDM) 117%-nə bərabər olacağını bildirib.

Qeyd olunub ki, aktivlərin 84%-i Azərbaycan Dövlət Neft Fondunda (ARDNF), qalan hissəsi isə Azərbaycan Mərkəzi Bankının beynəlxalq ehtiyatlarında saxlanılır.

Agentliyin qiymətləndirməsinə görə, Yaxın Şərqdəki münaqişə fonunda neft qiymətlərinin yüksəlməsi Azərbaycanın neft və qaz gəlirlərini artıracaq, bu da xarici aktivlərin həcminin böyüməsinə şərait yaradacaq.

“Fitç” əlavə edib ki, Azərbaycanın xalis suveren xarici aktivləri 2026-cı ildə ÜDM-in 73%-nə çatacaq ki, bu da “BBB” reytinqli ölkələr arasında ən yüksək göstəricidir.
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr