Bakıda qısqanc kişidən dəhşətli əməl – Başına bıçaq soxdu
Bakıda qısqanclıq zəminində bıçaqlanma baş verib.
Beş.az xəbər verir ki, hadisə mayın 13-də saat 15:45-də qeydı alınıb.
Belə ki, Masallı rayon sakini 1986-cı il təvəllüdlü Teymur Bəyağa oğlu Ağayev qısqanclıq zəminində Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Ə.Yaqubov küçəsi 1 ünvanın qarşısında Cəlilabad rayon sakini 1978-ci il təvəllüdlü Elşad Dünyamalı oğlu Hüseynova biri daxilə nüfuz etməklə ümumilikdə baş və kürək nahiyəsinə 5 bıçaq zərbəsi vurub.
Nəticədə Elşad Hüseynov ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı Səbail rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci maddəsilə cinayət işi başlanıb.
Cinayəti törədən Teymur Ağayev qaçıb gizlənib. Teymur Ağayevin tutulması istiqamətində əməliyyata başlanıb.