Uels millisinin Avro-2020 taleyi Bakıda həll olunur
Avro-2020-nin seçmə mərhələsi çərçivəsində Uels millisi Bakıdadır.
Oxu.Az xəbər verir ki, Böyük Britaniya təmsilçisi millimizdən fərqli olaraq, Avro-2020-yə çıxmaq şansını qoruyub saxlayır.
Bu üzdən hazırda qrupda səkkiz xalla dördüncü sırada olan Uels millisi Bakıdakı görüşdə üç xalı hədəfləyib. Əgər bu oyunda büdrəsələr, onlar ardıcıl ikinci dəfə qitə çempionatında iştirak hüququnu itirəcəklər.
Komanda Bakıda oyunun keçiriləcəyi “Bakcell Arena”dakı son məşqini tam heyətlə edib. Komandanın Madrid “Real”ında oynayan kapitanı Qaret Beyl və “Yuventus”un futbolçusu Aaron Remzi məşqlərdə iştirak edir.
Qeyd edək ki, bu görüş sabah saat 21:00-da başlayacaq. Uelsdəki ilk görüşdə britaniyalılar Qaret Beylin son dəqiqələrdə vurduğu qolla 2:1 qalib gəlmişdilər.