“Azəristiliktəchizat” rəsmisi: “Azəriqaz”a olan borc dövlət tərəfindən tənzimlənəcək

Cəmiyyət 18-noy, 13:059 xebertv 62 0
“Azəristiliktəchizat” rəsmisi: “Azəriqaz”a olan borc dövlət tərəfindən tənzimlənəcəkHazırda bütün qazanxanalarımız işə düşüb. Kimdəsə istilik yoxdursa, bu, fərdi mənzillərlə bağlı ola bilər.

Bunu Qafazinfo-ya açıqlamasında “Azəristiliktəchizat” ASC-nin abonentlərlə xidmət şöbəsinin müdiri Rafiq Əliyev deyib.

O qeyd edib ki, “Azəriqaz”a olan borc dövlət tərəfindən tənzimlənəcək:

“Bizim hazırda verdiyimiz istiliyin tarifi maya dəyərindən aşağıdır. Ancaq qiymətlər Tarif Şurası tərəfindən tənzimlənir. 2011-ci ildən evin 1 kv. m görə əhali istehlakçı qrupu üçün tarif 15 qəpikdir. Amma biz qiymət artımı məsələsinə baxmırıq. Ümumi olaraq, bu məsələ dövlət tərəfindən tənzimlənəcək. Hazırda qiymət artımı məsələsi gündəmdə deyil”.

Qazanxanalarda temperaturun qaldırılması məsələsinə gəlincə isə o bildirib ki, hazırda temperaturun aşağı olması qazanxanaların texniki xarakterindən asılıdır:

“Bu vəziyyət temperaturun birdən-birə artmasına imkan vermir. Tədricən hava şəraiti ilə bağlı temperatur da qalxacaq”.
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr