"Sərhədçi"lərin Avropa uğuru

İdman 23-apr, 19:089 admin 96 0
"Sərhədçi"lərin Avropa uğuru




Yeni fəaliyyətə başlayan “Sərhədçi” Kikboksinq Klubu artıq ilk uğurunu qazanıb.

tv713.az-ın verdiyi məlumata görə, bu ilin aprelin 4-7-də Türkiyənin Antalya şəhərində kikboksinqin WAKO versiyası üzrə Avropa Kuboku yarışı keçirilib. Yarışda 23 ölkədən 2700 idmançı iştirak edib. Avropa Kubokunda Azərbaycan milli komandası 14 idmançı ilə mübarizə aparıb. Millimiz yarışda 1 qızıl, 4 gümüş və 2 bürünc medal qazanıb.

Yığma komandamızın tərkibində 4 kikboksçu ilə təmsil olunan “Sərhədçi” idman klubunun bütün üzvləri medal qazanıblar. “Sərhədçi” Kikboksinq Klubunun ilk uğurunun şərəfinə təşkil edilən tədbirdə çıxış edən “Sərhədçi” İdman Olimpiya Mərkəzinin baş məşqçisi, dünya çempionu, sərhədçi zabiti, əməkdar məşqçi Fuad Zeynalov bildirib ki, gənclər arasında döyüşən idmançılar 1 qızıl və 3 gümüş medala sahib olublar.

O qeyd edib ki, 81 kq çəki dərəcəsində Elcan Alıkişiyev qızıl, 67 kq çəki dərəcəsində Elşad Şahbazov, 57 kq çəki dərəcəsində Qəşəm Məmmədov və 54 kq çəki dərəcəsində Vüsal Kazımov gümüş medala layiq görülüb. Milli komandamızın digər üzvlərindən Uğur Hacızadə gümüş, Murad Babayev və Lalə Mikayılova isə bürünc medal qazanıblar.

Əməkdar məşqçinin sözlərinə görə, 67 kq çəki dərəcəsində yarışan Elşad Şahbazov finalda böyük haqsızlığa məruz qalıb. İdmançımız rəqibindən üstün idi. Onu hakimlər uduzdurdular. Elşad Şahbazova qarşı ədalətsizlik oldu. Nəticədə kikboksçumuz yarışı ikinci yerdə tamamladı.

Baş məşqçi Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyev və yeni yaradılmış “Sərhədçi” Kikboksinq Klubunun prezidenti Cavid İsmayılova hər zaman idmançıların yanında olub, dəstək göstərdiklərinə görə minnətdarlığını bildirib.

"Sərhədçi"lərin Avropa uğuru


"Sərhədçi"lərin Avropa uğuru


"Sərhədçi"lərin Avropa uğuru
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr